04.05.2022 / 11:10
ABŞ-ın kommersiya neft ehtiyatları azalıb (PROQNOZ)
21627
Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 3 479 min barel azalaraq təxminən 410 946 min barel təşkil edib.
"APA-Economics"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 167 min barel azalacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay