BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
21589

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustan rayonunda növbəti innovasiya festivalı keçirilib. 

Valyuta.az xəbər verir ki, festivalda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, “AMEA-nın Elm və Texnologiya Parkı” MMC, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və bir sıra şirkətlər öz məhsul və innovativ texnologiyalarını nümayiş etdirib.

Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin ərazisində təşkil olunan festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları tərəfindən intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, heyvanlarda mövcud olan bir sıra xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsi üçün analiz testləri və bir sıra kənd təsərrüfatı texnikalarının təqdimatı olub. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib.

Bununla yanaşı festivalda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşəbbüsü ilə (GlobalGAP) Qabaqcıl kənd təsərrüfatı təcrübələri standartlaşdırma sistemi təlimi və “A+A” Security şirkətinin mütəxəssisləri tərəfindən ağıllı kənd təsərrüfatı sistemləri barədə məlumat sessiyası keçirilib.

Eləcə də festivalda aqro dronların idarəedilməsi ilə bağlı Türkiyənin “Sapmaz Havacılık və İleri Teknolojiler” şirkətinin mütəxəssisləri tərəfindən keçirilmiş təlimlərdə iştirak edən mütəxəssislərə sertifikat və müvafiq vəsiqə təqdim olunub.

Festivalda iştirak edən fermerlər innovativ suvarma metodları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, günəş panelləri,  həmçinin yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

Marsa 4 aya çatmaq mümkündürmü? - Bu raketlə bəli (VİDEO)

10 manatlıq şirkətin vergi borcu var

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

2025-ci ilin ilk rübündə ən çox satılan ağıllı telefon bu olub

Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək

İnnovasiya və Təchizat Mərkəzi 700 min manatlıq şpris alır

General Mehdiyev vəzifəsindən azad edildi

Döymə, pizza və toy -"&pizza" brendinin marketinq hekayəsi

“Sərvət İnşaat”ın külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Ən ucuz kredit verən 5 iqtisadi rayonumuz - CƏDVƏL

Bu balığın kiloqramını Çilidən 7, Türkiyədən 16 manata alırıq

Özünüzə maaş verin: Pul yığmağın sadə üsulları - Maliyyə məsləhətçisi açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin