
Qazprom Polşa və Bolqarıstana qaz nəqlini dayandırdı (SƏBƏB)
Dünən Rusiya enerji şirkəti Qazprom qazın qiymətini rubbla ödəmədiyi üçün Polşa və Bolqarıstana qaz nəqlini dayandırıb.
Qaynarinfo "Reuters” saytına istinadla xəbər verir ki, bu barədə Qazprom şirkəti açıqlamasında bildirib.
"Qazprom Bolqarqaz və Polşa qaz şirkətinə rubla ödəniş etmədiyinə görə təbii qazın nəqlini tamamilə dayandırıb”, - şirkətin açıqlamasında deyilir.
Şirkət həmçinin bildirib ki, Polşa və Bolqarıstan ərazisindən keçən tranzit qaz bu ölkələr tərəfindən qeyri-qanuni götürülsə, o zaman onların ərazisindən qaz nəqli də dayandırılacaq.
Qərb ölkələri Rusiyanın xarici banklardakı aktivlərini dondurandan sonra, Vladimir Putin Rusiyaya dost olmayan ölkələrin qaz ödənişinin rublla alınması barədə qərar verib.
"Aprelin 1-dən qaz nəqli üçün ödənişlər yeni ödəniş mexanizmlərinə uyğun olaraq rublla ödənilməlidir, bu barədə tərəfdaşlar vaxtında məlumatlandırılıblar”, - deyə şirkətin açıqlamasında bildirilir.
Polşa dəfələrlə aldığı qaza görə ödənişi rubbla etməyəcəyini bildirib və bu ilin sonunda Qazpromla bitən müqaviləsini yeniləməyicini vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay