
24.04.2022 / 10:08
“WhatsApp”a yeni funksiya əlavə edildi
21463
“iPhone” smartfonları üçün “WhatsApp” messencerinin son versiyasında yeni funksiya əlavə edilib.
Bu barədə “9to5Mac” portalı məlumat yayıb.
Bildirilib ki, artıq səsli qrup zənglərində eyni vaxtda 32-dək istifadəçi iştirak edə bilər.
Qeyd olunub ki, bu imkan iOS-un 22.8.80 versiyasında mümkündür. Yeniləmə həmçinin tətbiqin təkmilləşdirilmiş interfeysini də əhatə edir.
Jurnalistlərin məlumatına görə, bu versiyaya yeni məxfilik parametri əlavə edilib. Belə ki, fotolarda “ürək” işarəsi ilə qeyd olunan sevimli media fayllara girişi bloklamaq imkanı yaradılıb. Portal vurğulayıb ki, messencerin öncəki təkmilləşdirmələrində olduğu kimi, bu funksiyaların bütün istifadəçilər üçün əlçatan olması bir həftə çəkə bilər.//report.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay