BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.128
  • TRY
    0.0435
  • GBP
    2.2849
21188

Azərbaycanda ilk dəfə olaraq Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının auksion vasitəsi ilə satışı həyata keçiriləcək.

Aprelin 15-də keçiriləcək auksionda həm yerli həm də xarici təsərrüfat sahibləri, sahibkarlar, fermerlər iştirak edə bilərlər. Hərraca yüksək potensiala malik xüsusi seçilmiş  atlar  çıxarılacaq və satış auksion formatına uyğun olaraq həyata keçiriləcək. Auksion dövründə iştirakçılara Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satış qiyməti və son hərracı qiymətinə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq. Hazırda 6 baş at Qobustan Heyvandarlıq Nümayiş Kompleksində satışa hazırlanır. Atlar Ağdam Atçılıq Zavodunda və şəxsi klublarda yetişdirilən atlardır. 

Müddət və iştirakçı potensialını nəzərə alaraq ilkin mərhələdə auksiona 3 Qarabağ atı çıxarılacaq. Adları “Sultan”, “Sahil” və “Zilaxar” olan bu atlar şəcərəsi, cıdır qabiliyyəti, xarici görünüşü və digər xüsusiyyətlərinə görə xüsusi olaraq seçilib. Atlardan “Sultan” (2018, atası “Sürməli”, anası “Sürməli”), “Sahil" (2018-ci il,  atası “Sərəyin”, anası “Sədəqə”) və "Zilaxar"ın (2017-ci il, atası “Ulduz”,  anası “Sürməli”) ilkin satış qiymətləri müəyyənləşib. 

Auskionda “Sultan”ın start qiyməti 30 min manat, "Sahil"in start qiyməti 5 min manat, "Zilaxar"ın start qiyməti isə 7 min manat olacaq. Qiymət auksionda alıcıların verdiyi son qiymətə uyğun rəsmiləşdiriləcək. 

Növbəti mərhələdə Ağdam Atçılıq Zavodunda yetişdirlən “Kəndir”, “Şaban” və “Segah” adlı atlar auksiona çıxarılacaq. 

Məlumat üçün bildirək ki, Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir.  Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur. Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil.

Gələcəkdə Qobustan Heyvandarlıq Nümayiş Kompleksində yeri və xarici cins damazlıq heyvanların satışı davam etdiriləcək. Satışların təşkilində məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək,  ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir.  Bu müasir kompleks heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin olunur.

İlk auksiona qeydiyyat artıq başlayıb. Hərracda iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsinin surətini ofis@aqroservis.gov.az email ünvanına və +99450 234 48 88 whatsapp nömrəsinə göndərərək qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qramı 512 manat olan balın süfrəyə gəlişi -"Mad honey"

MİDA-nın yarım milyonluq tenderi baş tutmadı

Neftimizin qiyməti ucuzlaşıb

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

ABŞ-ın maliyyə naziri: "Çinlə danışıqlar dalana dirənib"

4 yaşında limonad satışı ilə başlayan uğur hekayəsi - SƏHƏR OXUSU

Dividendin hüquqi və maliyyə əsasları – Kimlərə verilir?

"Sebasten İnşaat"ın rəhbərinə “stop” qoyula bilər

Dünyanın ən kiçik, lakin bahalı restoranı: "Solo Per Due"

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

"Samsung Galaxy Z Flip 7"nin sızan test nəticələri məyus etdi

Türk iş adamına məxsus şirkətin xeyli miqdarda vergi borcu üzə çıxdı

Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayanlar kimlərdir?

Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

“Azeri Med” MOM-un daha bir iri məbləğli tenderinin qalibi oldu

ABŞ tarifləri şirkətlərin 34 milyard dollar itirməsinə səbəb olub

Bir damla qanla milyardlarla dollar - "The Inventor" fırıldağının hekayəsi

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Bakının bu küçəsi yenilənir

İlin əvvəlində 1.4 milyonluq tenderin qalibi olan sahibakara eyni qurumdan daha bir sifariş

Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək

Bu lampalara görə 5 min cərimələnəcəksiniz

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

Nazir generalın yerinə bu xanımı gətirdi

Bakıda dağ satışa çıxarıldı

Azərbaycanda ilk: Bu qadınlar 1460 manat alacaq

Bu ödənişin məbləği 10 dəfəyədək artırılır

Mərkəzi Bankda iki təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin