BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
21128

Bakıda şəhərdaxili sərnişin daşımaları ilə məşğul olan bir qrup sahibkar hökumətə müraciət edərək gediş haqlarının artırılmasını istəyiblər. Səbəb kimi avtobusları ölkəyə yüksək qiymətə (orta 120-150 min avro) gətirdiklərini, digər xidmətlər üzrə qiymət artımının olmasını və bunun da şirkətlərə əlavə xərclər yaratdığını göstəriblər:

“Hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80%-ə qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarını risk altına salıb".

Daşıyıcı şirkətlər çətin duruma düşdüklərini iddia edirlər. Bəs indiki şəraitdə avtobuslarda gediş haqlarının artırılması mümkündürmü?

İndex.az-ın sualını cavablandıran nəqliyyat ekspert Fərhad Eyyubov bildirib ki, müntəzəm sərnişin daşımalarında xidmət keyfiyyəti artdıqca oraya sərf olunan müxtəlif resurslar da artır. Ona görə də bu sektorda tariflər rentabelli olmalıdır:

“Bəzi xarici ölkələrdə sərnişin daşımalarının rentabelliliyi 7-8 dərəcədən yuxarı nəzərdə tutulmur. Çünki bu strateji xətdir. Eyni zamanda əhaliyə sosial yönümlü xidmət də göstərilir. Rentabelliyi artanda onun tarif qiymətini müəyyən qədər azaldırlar. Hazırda Bakı şəhərində xidmət keyfiyyətinin artırılması ilə əlaqədar olaraq sərnişin avtobuslarının standartları müsirləşməlidir, yüksəlməlidir. Ona görə də onların xərcləri çox bahadır”.

Əvvəllər avtobusla sərnişin daşımalarının dotasiya ilə fəaliyyət göstərdiyini deyən F.Eyyubov indiki halda hökumətin müəyyən dəstəyi, ayırmaları hesabına mövcud tarifləri saxlamağın mümkün olduğunu deyib. Ancaq dotasiya olmadan 30 qəpiklik gediş haqqı ilə işləməyin nəqliyyat sistemində inkişafa mane olduğunu vurğulayıb:

“Bu baxımdan qiymətlərin artırılmasını obyektiv formada nəzərdə tutmaq lazımdır. Ancaq bu, insanların sosial rifahına mənfi təsir göstərəcək. Ona görə də sosial müdafiəsi zəif olan vətəndaşlara, tələbələrə, təqaüdçülərə, müəyyən kateqoriyadan olan digər şəxslərə əlavə güzəştlərin verilməsi ilə bu ödəmələri dövlət öz üzərinə götürə bilər. Biz istəyirik gediş haqqı az olsun. Amma az olanda daşıyıcı şirkətlərin rentabelli işləməsi çox çətin olur. Əgər biz yüksək standartlara cavab verən avtobuslardan istifadə etmək istəyiriksə, onun qiyməti artıq olmalıdır. Ancaq bunu balanslı şəkildə həyata keçirmək lazımdıır ki, aztəminatlı insanlara mənfi təsir etməsin. Bu baxımdan, tariflərin artırılması obyektivdir”.

Ekspert sərnişin daşımada xidmətin keyfiyyətini artıqmaq üçün müəyyən vaxtlarda günün tələbinə uyğun olaraq artırılmasını məqsədəuyğun sayıb.

Xatırladaq ki, bu gün Tarif Şurası da məsələyə münasibət bildirib. Qeyd olunub ki, hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi gündəmdə deyil. Ona görə də bu barədə müzakirə aparılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

ABŞ "Huawei"yə yarımkeçirici satmağı qadağan edir

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Nazir Saleh Novruzini işdən çıxardı

Nazir Saleh Novruzini işdən çıxardı

Azərbaycanda təhlükəli tullantılar daha çox bu sahələrdə yaranır – MÜQAYİSƏ

BVF: Dünya iqtisadiyyatı geosiyasi problemlərə görə üç bloka bölünüb

Azərbaycanda hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Azərbaycan Bolqarıstana bu ölkənin illik sərfiyyatının 55 %-dən çox qaz ixrac edəcək

Leysan olacaq, dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq - XƏBƏRDARLIQ

3 lizinq şirkəti bağlandığını elan etdi

Müavinət və Prezident təqaüdlərinə bu qədər vəsait ödənilib

“Bolt” sifarişlərin qiymətini 9% qaldırdı

“Bolt” sifarişlərin qiymətini 9% qaldırdı

MİQ müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir

Euroclear-da dondurulmuş Rusiya aktivləri 2024-ün I trimestrində 1,6 milyard avro gəlir gətirib

Azərbaycanda fantastik məbləğə nömrə satılır – 99 999 AZN

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin