Energetika
12.03.2022 / 17:23
Nazir: "Prezident İlham Əliyev Ərdoğanla enerji məsələlərini də müzakirə edib”
20583
“Prezident İlham Əliyevin Ankaraya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə enerji məsələləri də müzakirə edilib”.
Bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, enerji əməkdaşlığı bu görüşdə xüsusi yer alıb: “Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının bundan sonra da aktiv şəkildə davam etdirilməsi barədə razılıq əldə olunub. Ona görə biz də bu istiqamətdə işləyəcəyik”.//APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay