BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
20562

Cari ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin eyni dövrünə nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 106 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Valyuta.az-a bildirilib ki, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 111,9 faiz olub. 2022-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 117,2 faiz təşkil edib. Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, çörəyin, peçenyenin, vaflinin, qoyun, mal və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, xamanın, kəsmiyin, yoqurtun, pendirin, kərə yağının, süfrə marqarininin, bananın, naringinin, narın, heyvanın, balqabağın, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, kələmin, şokolad məmulatlarının və konfetlərin, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə yumurtanın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin fevral ayına nisbətən 106 faiz təşkil edib. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma toz şəklində sintetik yuyuсu vasitələrin, diş pastalarının, kəsilmiş taxtaların, noutbukların, planşet tipli kompüterlərin və televizorların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin fevral ayına nisbətən 109,3 faiz təşkil edib. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana, tibbi və stomatoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin