BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
20546

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Kənd təsərrüfatı naziri İnam Kərimov martın 11-də Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şəki, Qax və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə nazir İnam Kərimov və Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nazir İnam Kərimov Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 55 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən subsidiyaların ödənişi, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək.

Nazir İnam Kərimov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dolların itkiləri artır: Ekspertlərin nə deyir?

"Aldrin layihəsi": "Meta" hamımızın məlumatlarını Çinləmi paylaşır?

Dövlət xidmətindən keçmiş nazirə məxsus şirkətə 10 min manatlıq sifariş

4 milyonluq şirkətin 13 min manat vergi borcu yaranıb

Gömrük Komitəsi “Foreign Fruit” MMC-ni cəzalandırıb

İcra hakimiyyətindən 15 min manatlıq tədbir

Şirin su hövzələrində oksigen tükənir: Ekosistemlər dağıla bilər

Bu Elektrik Stansiyasının 371 273 manat vergi borcu var

Nazirlik “Türkan-M”in direktorunu cərimələtdirdi

"Apple" satışlarda "Samsung"u geridə qoyaraq liderliyə yüksəldi

Süni intellekt sosial media və interneti necə pozur?

"ExxonMobil"in qazdığı quyu boş çıxdı - Yunan Kiprinin qaz fiaskosu

Ağdamda tibb məntəqəsinin tikintisinə 700 min ayrıldı

"Bank Avrasiya" ASC-nin vaxtı keçmiş kreditləri 20 mln. manatı ötüb

Bu şəxslərə pulsuz ev veriləcək

ADİU ilə deputata məxsus olduğu deyilən şirkət arasında yarım milyonluq müqavilə

"Meta" parçalanacaq? - Şirkət məhkəmə qarşısına çıxarılır

Kapital Bank 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib®

İntiqam Babayev vəzifəsindən azad edildi

Vətən qızı Şuşada şirkət yaratdı

Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?

Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?

İqtisadiyyat Nazirliyinin portalı ləğv edilir

Dünyanın ən bahalı şəhərləri açıqlanıb

“AccessBank”ın mənfəəti 39% azalıb

6,5 milyonu mənimsəyən sabiq DSMF əməkdaşına 14 il yarım iş verildi

Yarım milyonluq layihə - Ağdamın yolları yenilənəcək

Milli Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur?

Qazaxıstan şirkəti Atıraudan Bakıya aviareys açır

İlk dəfə bu Forum Azərbaycanda keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin