BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
20320

“Qərbin sanksiyalarından sonra rəsmi Moskva bütün vasitələr ilə ölkədən valyuta axınının qarşısını almağa çalışır. Bununla belə, Moskva birjasının artıq 4-cü gün bağlı qalması Rusiya Mərkəzi Bankının sanksiyaların təsirlərinin azadılması üçün hələlik strategiyasını tam müəyyənləşdirmədiyindən xəbər verir”.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Moskvada birjanın fəaliyyətinin bərpasınını rublun rəsmi məzənnəsinin daha da ucuzlaşdırmasına və səhm bazarında ciddi silkələnməsinə səbəb olacağından ehtiyatlanırlar:

“Reallıqda isə rəsmi məzənnəyə rəğmən, rublun "qara bazar"da daha dəyərsizləşməsi müşahidə olunur. Belə görsənir ki, müharibə davam edəcəyi halda rubl daha da ucuzlaşacaq. Bu gün “Reuters” agentliyi Rusiya Mərkəzi Bankının xarici valyuta alışına 30 faizlik komissiya haqqı tətbiq etməsi barədə xəbər yayıb. Agentlik requlyatorun banklara bu barədə məktub göndərdiyini bildirib. Bununla, Mərkəzi Bank Rusiyada dollara olan tələbi müəyyən qədər azaltmağa çalışsa da, digər tərəfdən artıq "qara bazar"da rubl xarici valyutalara qarşı daha da ucuzlaşır”.

Vüqar Bayramov vurğulayıb ki, martın 2-dən Rusiyada nağd formada 10 min dollardan artıq valyuta çıxarmaq qadağan edilib:

“Sanksiyaların güclənəcəyi halda bu rəqəm daha da kiçilə bilər. Görünən odur ki, Rusiya hökuməti indiki halda inzibati metodlar ilə ölkədən valyuta çıxışını minimumlaşdırmağa çalışır. Rusiyada müşahidə edilən valyuta qıtlığı və dollara artan tələb fonunda Azərbaycan Mərkəzi Bankının da qabaqlayıcı tədbirlər görməsi vacibdir. 3 milyard dollara yaxın xarici ticarət dövriyyəmiz olan Rusiyaya illik ixracatımız 800 milyon dollardır. Əvvəlki illərdə fermerlər və eləcə də bir sıra sahibkarlar rubl ilə ödənişlərə üstünlük verirdilər və daha sonra o vəsaitləri dollara konvertasiya edirdilər”. 

Deputat əlavə edib ki, Rusiyada dollar qıtlığının dərinləşməsi riskləri yüksək olduğu üçün Azərbaycan Mərkəzi Bankı da requlyativ mövqeyindən istifadə edərək ölkədən dollar çıxışının optimallaşdırılmasını daha da tənzimləməlidir:

“Neftin qiymətinin yüksək olması ölkəyə daha çox dolların daxil olmasına imkan yaratsa da, regiondakı son dəyişikliklər fonunda xarici valyutanın ölkədən axınına imkan verilməməsi daha da aktuallaşıb”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin