Dünya
02.03.2022 / 18:33
Aİ Rusiyaya avro tədarükünü və ixracını qadağan etdi
20304
Avropa İttifaqı Rusiyaya avro tədarükü, ixracı, eləcə də layihələri, Rusiyanın Birbaşa sərmayə fondunu maliyyələşdirməyi qadağan edib.
Bu barədə martın 2-də “Aİ-nin rəsmi jurnalı”nda dərc olunan uyğun normativ aktlarda bildirilib.
Məlumata görə, Avropa İttifaqı Şurası Rusiyaya və ya istənilən fiziki, yaxud hüquqi şəxsə, təşkilata və ya orqana, o cümlədən hökumətə və RF-nin Mərkəzi Bankına, yaxud Rusiyada istifadə üçün avronun satılması, tədarükü, ötürülməsini, ixracını qadağan edib.
Vurğulanıb ki, avro Rusiyaya səfər edən fiziki şəxslərə, habelə hüquqi immuniteti olan diplomatik missiyanın və beynəlxalq təşkilatların əməkdaşlarına avrodan istifadəyə icazə verilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay