BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
20257

“Aqroservis” ASC fermerlərin texnika alışına olan əlçatanlığı təmin etmək, məsafə, vaxt itkisinin və bu prosesdə sərf edilən əlavə vəsaitlərin qarşısının alınması məqsədilə Xaçmaz Regional Nümayəndəliyində texnika satışına başlayıb. 

İndiyədək Səhmdar Cəmiyyətin yalnız 3 yerdə Şirvan, Ucar rayonlarında və Gəncə şəhərində texnika satış mərkəzi fəaliyyət göstərirdi. Ölkənin şimal rayonları xüsusilə, kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə məşğulluğun daha çox olduğu şimal bölgəsində fermerlər artıq uzaq məsafəyə getmədən və zaman itirmədən “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində istənilən növ müasir, innovativ texnika və avadanlığı əldə edə biləcəklər.

Bu məqsədlə martın 4-də Xaçmaz Regional Nümayəndəliyində “Açıq qapı sərgi-satış yarmarkası” keçiriləcək. Yarmarkada fermerlər müxtəlif növ texnika ilə tanış ola, onları  sınaqdan keçirə və ala biləcəklər. Yarmarkaya çıxarılan texnikaların operativ şəkildə mərkəzi ofisə gəlmədən 40% güzəştlə lizinq və nağd yolla satışı təşkil ediləcək. Açılış günü fermerlərə müxtəlif aksiya və kampaniyalar də təklif edilir.

Satış mərkəzində nümayiş olunan bütün texnikalar bazar qiymətlərindən 10% endirimlə satılacaq. “Açıq qapı” günündə isə xüsusi olaraq bir neçə adda texnikaya əlavə 5% endirim olmaqla bazar qiymətlərindən 15% aşağı təklif edilir.  Bundan başqa, müxtəlif aqreqatların alışı zamanı 2 illik zəmanət, 1 illik texniki baxış, 1 illik “AgroUber” mobil platformasından ödənişsiz istifadə imkanı, çatdırılma, quraşdırma və texnikanın istifadə qaydalarına dair təlim hədiyyə ediləcək.

Açıq qapının keçirilməsində əsas məqsəd qarşıdakı yeni becərmə və məhsul yığımı mövsümündə fermerlərin yeni innovativ texnikalarla tanış olmasına şərait yaratmaq, onların texnikalara əlçatanlığını təmin etmək, fermerlərlə təchizatçılar arasında əlaqələrin qurulmasına yardım etmək,  bu sahədə məlumatlandırma aparmaqdır.

Tədbir saat 11:00-dən başlayıb, 1 gün davam edəcək. Ətraflı məlumat almaq və iştirak etmək istəyənlər 1659 Satış mərkəzinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dolların itkiləri artır: Ekspertlərin nə deyir?

"Aldrin layihəsi": "Meta" hamımızın məlumatlarını Çinləmi paylaşır?

Dövlət xidmətindən keçmiş nazirə məxsus şirkətə 10 min manatlıq sifariş

4 milyonluq şirkətin 13 min manat vergi borcu yaranıb

Gömrük Komitəsi “Foreign Fruit” MMC-ni cəzalandırıb

İcra hakimiyyətindən 15 min manatlıq tədbir

Şirin su hövzələrində oksigen tükənir: Ekosistemlər dağıla bilər

Bu Elektrik Stansiyasının 371 273 manat vergi borcu var

Nazirlik “Türkan-M”in direktorunu cərimələtdirdi

"Apple" satışlarda "Samsung"u geridə qoyaraq liderliyə yüksəldi

Süni intellekt sosial media və interneti necə pozur?

"ExxonMobil"in qazdığı quyu boş çıxdı - Yunan Kiprinin qaz fiaskosu

Ağdamda tibb məntəqəsinin tikintisinə 700 min ayrıldı

"Bank Avrasiya" ASC-nin vaxtı keçmiş kreditləri 20 mln. manatı ötüb

Bu şəxslərə pulsuz ev veriləcək

ADİU ilə deputata məxsus olduğu deyilən şirkət arasında yarım milyonluq müqavilə

"Meta" parçalanacaq? - Şirkət məhkəmə qarşısına çıxarılır

Kapital Bank 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib®

İntiqam Babayev vəzifəsindən azad edildi

Vətən qızı Şuşada şirkət yaratdı

Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?

Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?

İqtisadiyyat Nazirliyinin portalı ləğv edilir

Dünyanın ən bahalı şəhərləri açıqlanıb

“AccessBank”ın mənfəəti 39% azalıb

6,5 milyonu mənimsəyən sabiq DSMF əməkdaşına 14 il yarım iş verildi

Yarım milyonluq layihə - Ağdamın yolları yenilənəcək

Milli Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur?

Qazaxıstan şirkəti Atıraudan Bakıya aviareys açır

İlk dəfə bu Forum Azərbaycanda keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin