BAKU Azərbaycan
18.48°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
20193

2021-ci ildə xaricdən Ermənistana 2 milyard 109 milyon dollara yaxın vəsait köçürülüb.

Bbu Ermənistanın büdcə xərclərinin 50 faizdən çoxunu təşkil edir.

Məlumdur ki, Ermənistanın büdcə xərcləri təxminən 4 milyard dollara bərabərdir və təkcə xaricdən 2,1 milyard dollar vəsait daxil olub. Şəxsi pul köçürmələr həm iqtisadiyyat, həm də erməni cəmiyyətinin həyatı üçün hansı rol oynadığını təssəvür etmək çətin deyil. Bu pullar olmasaydı, Ermənistanda iqtisadi-sosial vəziyyət daha çox ağır olardı. Xüsusən də indiki yüksək inflyasiya və ümumi qiymət artımı şəraitində...

Dövlət isə kənara çəkilib, vətədaşlarını öz qayğıları ilə baş-başa qoyub. Bir çox Ermənistan vətəndaşı bu pullar hesabına dolanışığını təmin edir. Bir hissəsi xaricdə iş taparaq pel qazanır, digər hissəsi isə qohumların göndərdiyi yardımlarla yaşayır.

Pul köçürmələri ÜDM-in 17-18 faizinə bərabərdir və sirr deyil ki, iqtisadi artımın bu axınlardan asılılığı kifayət qədər böyükdür. Ötən il Ermənistanda şəxsi pul köçürmələrin miqdarı 267 milyon dollar artıb. Artım ilin birinci yarısına qədər müddətdə 14 faizdən çox təşkil edib.

Belə ki, ilin ikinci yarsında artım tempində nəzərəçarpacaq dərəcədə azalma baş verib. 2021-ci ilin avqust ayından transfer axını bəzi aylarda keçən illə müqayisədə daha aşağı düşüb. Oktyabr ayında 12 faiz kəskin azalma ilə qeydə alınıb. Əgər 2021-ci ilin birinci yarımilliyində 32 faiz artım omuşdusa, ilin sonunda artım tempi yarıdan çox azalıb. 2021-ci ilin ilk 5 ayında maliyə axınları cəmi 1,4 faiz artıb.

Ermənistandan transfer axını iki əsas bazardan artıb: Rusiya və ABŞ. Baxmayaraq ki, Rusiyada son ildə artım tempi aşağıdır. Nəticədə Rusiya bazarı Ermənistana transfer axınının strukturunda dominant rolunu tədricən itirir. Ötən il Rusiyadan 865 milyon dollar daxil olub ki, bu da ümumi gəlirlərin 41 faizini təşkil edib.

Bir vaxtlar Ermənistana Rusiya bazarından iki dəfə daha artıq pul daxil olurdu. Məsələn, 2014-cü ildə gəlirlər 1,6 milyard dollardan çox olub.

Rusiya Ermənistana pul köçürmələri tədarükçüsü kimi aparıcı rolunu qoruyub saxlasa da, son illərdə bu rol getdikcə azalır və əvəzində ABŞ-ın rolu artır.
Ötən il Ermənistana ABŞ-dan 580 milyon dollar daxil olub ki, bu da 2020-ci illə müqayisədə təxminən 121 milyon çoxdur. ABŞ-dan pul köçürmələrinin artımı 26 faizdən çox olub.

Ötən il Qazaxıstandan Ermənistana pul köçürmələri baxımından da xüsusi il olub. Keçən il fiziki şəxslərin köçürmələri əvvəlki ilin göstəricisini bir neçə dəfə üstələyərək, 90 milyon dollara çatıb. Amma bu daha çox kommersiya transferləri olub. Məlum olur ki, bu birbaşa Ermənistandan nəqliyyat vasitələrinin ixracı ilə bağlıdır və il ərzində yenidən avtomobillərin Ermənistandan Qazaxıstana ixracı üçün imkanlar yaranıb.

Amma təbii ki, bu uzunmüddətli proses olmayacaq və Qazaxıstandan axının aktivliyinin bu il azalacağı gözlənilir.

İllər öncə Ermənistan əsasən pul daxil olan ölkə idi. Amma son illər kifayət qədər böyük pullar ölkədən çıxarılmağa başlayıb.

2021-ci il Ermənistandan 1 milyard 225 milyon dollar çıxarılıb. Bunun 401 milyonu Rusiyaya, 189 milyonu isə ABŞ-a gedib.

Ötən il Ermənistandan Birləşmiş Ərəb Əmirliklərinə, İspaniyaya və hətta Ukraynaya daha çox pul gedib. Türkiyə ilə axınların göstəricisi isə mənfidir.

Ermənistanın Mərkəzi Bankı isə bu barədə məlumatları qapalı saxlayır.

Mənbə: Qaynarinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub

Dünyanın ən zəngin aşpazları - Siyahıda İlon Maskın qardaşı da var

"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək

​Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun

Saxta Twitter işçisinin Harvard süni intellekt startapının təsisçisi olduğu ortaya çıxıb

Bakı məktəblərində monitorinq başlayır - Tarix Açıqlandı

“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinə yeni sədr təyin olundu

Sumqayıtın məşhur şadlıq sarayları cərimələndi

Bu institut xidməti maşın alır - 1-i 185 min manata

Bu institut xidməti maşın alır - 1-i 185 min manata

10-11-ci siniflər üçün 767 min manatlıq dərslik nəşr ediləcək

Bakının bu ərazisində bulvar salınacaq

Dələduzluq edən "vəzifəli şəxs" tutuldu

“eManat”dan “Expressbank”a transfer

Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək

Nazirliyin keçmiş baş mühasibi həbsdə vəfat etdi

Azərbaycanlı tələbələrin 237 min manat investisiya alan startapları - Müsahibə

Azərbaycanlı tələbələrin 237 min manat investisiya alan startapları - Müsahibə

Avro bahalaşdı - Günün məzənnəsi

ÜTT rəhbəri: "ABŞ-ın tarif razılaşmaları qlobal ticarətdə bərabərliyə zərər verəcək"

Bədən dilində 12 qızıl qayda uğur gətirir - SƏHƏR OXUSU

Paytaxtın köçürülməsi müzakirə olunur: Sağlamlığımız təhlükə altındadır?

"Google" indi də "Pinterest"ə rəqib olur

"Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Almaniya iqtisadiyyatı üçün təhlükə: Xarici sərmayələr son 14 ilin ən aşağı səviyyəsində

Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər

Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA

Azərbaycanda mənzil tikintisi niyə zəifləyir? (VİDEO)

Bu ASC-nin külli miqdarda vergi borcu var

Vüsal Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin