
23.02.2022 / 14:30
Sumqayıtda 200 ailə evlərinə çıxarış sənədi ala bilmir
20084
Sumqayıtda yerləşən “New city” yaşayış kompleksinin sakinləri evlərinə sənəd almaqda problemlə üzləşir.
Şəhərin 18-ci mikrorayonunda yerləşən bu bina təqribən 4 il bundan öncə tikilərək istifadəyə verilib. Binada hazırda 200 ailə yaşayır. Ailələrin əsas problemi isə evlərinə çıxarış ala bilməmələridir.
Sakinlər bildirir ki, MTK rəhbərliyi üzərinə düşən öhdəliyi tam yerinə yetirə bilmir. Ev alan şəxslər üstündən illər keçsə də, çıxarışsız qalıblar.
“New city” yaşayış kompleksinin direktoru Fərman Şükürov bildirib ki, sakinlərin şikayəti tam haqlıdır.
İttihamlara Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən aydınlıq gətirilib. Qurumun mühəndisi Kənan Babayev MTK-nın onlara lazımi sənədi təqdim etmədiyini deyir.//index.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay