BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
19978

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yollarda ölüm mənbəyi yaradır, qanun qarşısında cavab verməlidirlər".

Valyuta.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

"İki gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində baş vermiş qəzada cavan ər-arvad və onların bir yaşlı oğlu öldü. Dəhşətli hadisədir. Hələ də özümə gələ bilmirəm. Həmin gün o ailənin 8 üzvü öldü, 5-i dəm qazından, 3-ü isə qəzada. Düzdür, qəzada yüksək sürət, ölümdə isə təhlükəsizlik kəmərinin taxılmaması rol oynayıb. Amma bizim qanunvericilik imkan verir ki, qəzanın başvermə səbəbini də araşdırıb, tədbir görsünlər. Yəni qəzaya səbəb olan amillər də nəzərə alınmalıdır. Hər halda, maşın heç nədən yoldan çıxıb aşmadı. Yolda ciddi qüsur var imiş", - deyən ekspertin sözlərinə görə, belə halda isə vətəndaş yol təsərrüfatındakı qüsura görə dəymiş maddi və mənəvi zərəri həmin yola cavabdeh olan dövlət qurumundan tələb edə bilər.

"Qəzadan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dərhal qəza baş verən yerdə təmirə başlayıb. Vətəndaşlar mənə çoxlu müraciətlər edib bildirmişdi ki, yolda çökmə nəticəsində boşluq (dalğa) yaranır və sürətli gedən maşın idarəetmədən çıxır. Təmirə başlamaq bunu təsdiq etdi. Qəza videosu da DYP tərəfindən yayıldı və görüntülər də təsdiq edir ki, maşın sürətli gedir və qəfildən boşluğa düşərək idarəetmədən çıxıb, yoldan kənara aşır. Deməli, qəzaya səbəb yoldakı nöqsandır".

E.Muradlı hesab edir ki, agentlik bunu vaxtında aşkar edib aradan qaldırmalı idi.

"Çünki Yollara Nəzarət İdarəsinin işi elə bu cür halları vaxtında aşkar edib qabaqlayıcı tədbir görməkdir. İşçilərinin xeyli hissəsi qohum-əqrabadan ibarət olan AAYDA rəhbərliyi bu hadisəyə görə məsuliyyət daşıyır. Çünki qəza onların fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində baş verib. Bu səbəbdən də qəzada ölənlərin yaxınları savadlı bir vəkil tutub Agentliyi məhkəməyə verə bilər. Bu işdə həm təzminat davası açılmalıdır, həm də cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Yetər artıq, sizə görə hər il onlarla, bəlkə də yüzlərlə qəza baş verir, neçə-neçə insan həlak olur. Məsələn, iki ildən çoxdur cənab Prezident İlham Əliyev tapşırıq versə də, yolların hələ də işıqlandırılmaması, çala-çökək yollar, qazılmış yollarda xəbərdarlıq nişanı qoymamaq, silinmiş xətlər, zebralar, keçidlərin olmaması ucbatından baş verən qəzaların səbəbkarı birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.

Yeyirsiz, dağıdırsız, amma bu camaatın taleyi ilə oynadığınız üçün bir gün cavab verəcəksiniz", - ekspert bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Estetik əməliyyatlardan sonra çoxalan ölümlər - Xəstələrə nəzarət necə olmalıdır?

39 tenderin qalibi etibarsız təchizatçı elan edildi

ABŞ üçün "qızıl dövr" proqnozu: Trampın dəstəyi ilə iqtisadi yüksəliş gözlənilir

"Qarabağ Sərnişin Daşıma" MMC cərimələnir

Məktəbəqədər təhsil müəssisələrində yemək nəzarəti üçün 76 milyonluq vəsait ayrıldı

"Morgan Stanley" IV rüb hesabatını açıqladı - 2 dəfədən çox artan mənfəət

Elektromobil təkmilləşdirən şirkətə 100 milyon dollar investisiya yatırılıb

"Fed" 2025-ci ilin ilk yarısında faiz endirimlərinə işarə edir

Beynəlxalq Əmək Təşkilatının növbəti hesabatı yayımlanıb

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Şirkət rəhbəri əməkdaşın maaşını gecikdirdiyinə görə 3000 manat cərimələnir

"Azgranata" inzibati məsuliyyətə cəlb edilib

Məcburi Köşkünlərin Məlumatları Sisteminin yaradılması neçəyə başa gələcək?

“Binance” bu altkoini ləğv edəcək - Qiymətlər ucuzlaşdı

"Bes Enerji RV" 1500 manat cərimələnə bilər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Elektrikə artan tələbin nüvə enerjisinə təsiri - "IEA"nın hesabatı

Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?

Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva vəzifəsindən azad olundu

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

"Deluxe Constraction" MMC valyuta tənzimi qaydalarını pozub

Şadlıq sarayında saxta içkilər aşkarlandı

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin