BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
19967

Dünya iqtisadiyyatında milli valyuta ilə hesablaşmalar, hələ ki, mövcud deyil. Faktiki olaraq, maliyyə hesablaşmaları II Dünya müharibəsindən sonra ABŞ dolları və avro ilə aparılır. Əgər əvvəllər dollarla aparılan hesablaşmalarla bağlı problem olmurdusa, bir neçə il əvvəl dünyada yaranmış iqtisadi böhran yeni məsələni gündəmə gətirdi və dollardan imtina edilməsi ilə bağlı müxtəlif fikirlər, təkliflər səsləndirildi. Xüsusilə, Rusiya, Türkiyə, Çin bu məsələni daha qabarıq şəkildə dilə gətirdilər. Hətta bu məsələ bir neçə dəfə Azərbaycan rəsmiləri tərəfindən də vurğulanıb. Elə bu günlərdə məlumat yayıldı ki, Azərbaycan Mərkəzi Bankı Türkiyə Mərkəzi Bankı ilə 1 milyard avro dəyərində svop sazişi imzalayacaq. Mərkəzi bankın sədri Elman Rüstəmov məsələ ilə bağlı belə deyib: "Biz TMB ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparırıq, burada bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq”.

Bəs görəsən neçə illərdir ölkələr hesablaşmaları milli valyuta ilə niyə aparmırdılar? Bu problemin həlli nə vaxt mümkün olacaq?     
 
"Bu, daha çox siyasi çağırışlardır”
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu məsələ hələ xeyli müddət reallaşmayacaq: "Çünki bu bəyanatlar iqtisadi yox, daha çox siyasi çağırışlardır. Yəni bu, bəzi dövlətlərin Qərbə, konkret olaraq ABŞ-a qarşı bir çağırışıdır. Amma etiraf etməliyik ki, bu gün dünyada iki əsas qlobal valyuta var - dollar və avro. Buna görə də heç bir dövlət indiki halda, yəni valyutaların qeyri-sabit dövründə buna getməyəcək. Onu qeyd edək ki, Türkiyə, Rusiya valyutaları qeyri-sabitdir. Misal üçün, Çin buna gedə bilər, yəni öz milli valyutası ilə hesablaşmalar aparar. Əvvəl-axır bu, baş tutsa, elə Çin valyutası ətrafında olacaq. Çünki Çin ABŞ iqtisadiyyatı ilə rəqabət apara bilən bir dövlətdir. Türkiyə və ya Rusiya Amerika iqtisadiyyatı ilə rəqabət apara bilməz. Buna görə də valyutaları zəifdir. Zəif olduğu üçün də onları qəbul etməkdə heç bir ölkə maraqlı deyil. Çünki öz iqtisadiyyatları üçün zərər ola bilər. Sabitlik yoxdur axı! Yeganə sabit valyuta dollar və avrodur. Ona görə də, fikrimcə, belə bəyanatlar daha çox siyasi xarakter daşıyır. Amma qeyd etdiyim kimi, bir neçə ildən sonra bu məsələdə Çin valyutası rol ala bilər”.
 
"Dollar dünya pulu funksiyasını yerinə yetirir”
 
Bank məsələləri üzrə ekspert Xəyal Məmmədli bildirdi ki, ABŞ dolları uzun müddətdir dünya pulu funksiyasını yerinə yetirir: "Ümumiyyətlə, dünya pul ehtiyatlarının böyük hissəsi dolların payına düşür. Yəni rezervlərin bir hissəsi qızılla, bir hissəsi isə dollarla saxlanılır. Dünya ticarətinin 60 faizdən çoxu dollar, təxminən 20 faizi avro vasitəsilə aparılır. İndiki  halda dollara tələbat həddindən çox yüksəkdir. Bunun da səbəbi ABŞ iqtisadiyyatının güclü, dayanıqlı olmasıdır. Eləcə də dünyanın hegemon dövləti və əsas güc mərkəzlərindən biri olmasıdır. İnsanlar və biznes də ABŞ dollarına güvənir, maliyyə əməliyyatlarını onun üzərindən həyata keçirirlər. Digər bir tərəfdən insanlar hesablaşmalarını dollarla aparmağa öyrəşib. Avro da, dollar qədər olmasa belə, arxasını kifayət qədər iqtisadi əsaslara söykəyən valyutadır. Yəni valyutanın mənsub olduğu ölkələrin və ya ölkələr qrupunun istehsal həcmi, ümumi daxili məhsulun həcmi nə qədər yüksəkdirsə, bu, o valyutanın gücündən xəbər verir”.
 
"Şirkətlər milli valyuta ilə ödəmə aparmaq istəyirsə...”
 
Dollardan kənar hesablaşmalar aparmaq məsələsinə toxunan ekspert qeyd etdi ki, bu, asanlıqla baş verə bilməz: "Belə qərar verən ölkələr qəti qərar qəbul etməlidirlər. Bununla yanaşı, həmin ölkələr öz valyutalarını sabit saxlamalı, iqtisadiyyatı  möhkəmləndirməlidirlər. Misal üçün, Türkiyə ilə Rusiya arasında əməliyyatların milli valyuta ilə aparılması məsələsinə toxunsaq, burada dövlətlər atılan addımı dəstəkləyir, amma bunu həm də özəl biznes strukturları da dəstəkləməlidir. Deyək ki, dövlətlər arasında ticarət əlaqələri var, lakin təkcə dövlət qurumları ticarət eləmir. Eyni zamanda özəl müəssisələr də bir-biri ilə ticarət əlaqələrinə sahibdirlər. Misal üçün, bir şirkət digər ölkənin hər hansı şirkətindən mal alır. Amma həmin malın pulunu ödəmək üçün riski az olmalıdır. Əgər hansısa bir şirkət milli valyuta ilə ödəmə aparmaq istəyirsə və bu zaman həmin valyutanın məzənnəsi tez-tez dəyişirsə, onda ticarət aparmaq mümkün olmur”.
 
"Qısa dövrdə bunun olması inandırıcı deyil”
 
X.Məmmədlinin sözlərinə görə, ticarət sabit bir məzənnə üzərindən aparılır: "ABŞ dollarında bu fürsətlər var. Bu baxımdan biznes yenə də ona doğru qaçacaq. Əgər ölkələr öz aralarında milli valyuta ilə əməliyyat aparmaq istəsələr belə, yenə də hesablamanı dollar üzərindən aparacaqlar. Qeyd etdiyim kimi, həm buna öyrəşmə var, həm də dolların xüsusiyyətləri buna imkan verir. Milli valyuta ilə əməliyyat aparmaq üçün həmin ölkələrin iqtisadiyyatları güclü, valyutaları sabit, daha az dəyişkən olmalıdır ki, biznes strukturları bunu dəstəkləsin. Bu zaman həmin əməliyyatlar aparıla bilər. Amma bir qərarla, bir çıxışla bunun qısa müddətdə reallaşması inandırıcı deyil”.

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin