BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
19947

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürov vəzifəsini itirsə də, bu sahədə fəaliyyətini davam etdirir. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Qüdrət Şükürovun lift sahəsi üzrə ixtisaslaşmış şirkəti var. Həmin şirkətin adı "Lifttexmontaj” MMC-dir. 

Araşdırmalar zamanı məlum olub ki, "Lifttexmontaj” MMC 3 mart 2010-cu ildə təsis edilib. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Bəhruz Nuriyev küçəsi, ev 55, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şükürov Namiq Balaməmməd oğludur. 

Namiq Şükürov Qüdrət Şükürovun qardaşıdır. Görünür, şirkət yaradılanda Qüdrət Şükürov vəzifədə olduğu üçün MMC-nin qanuni təmsilçisi kimi qardaşının adını qeyd edib.

"Lifttexmontaj” MMC-nin adı dövlət satınalmalarında da keçir. Məlum olur ki, şirkət 2019-2020-ci illərdə ümumi maliyyə dəyəri 201 828 AZN təşkil edən 3 satınalma müsabiqəsinin qalibi olub. Müqavilələr Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi, "1 saylı Bakı DOST Mərkəzi” Publik Hüquqi Şəxsi və Lənkəran Şəhər İcra Hakimiyyəti ilə bağlanıb.

Qüdrət Şükürov 2018-ci ildə tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılmasının səbəbi kimi qızına dəbdəbəli toy etməsi göstərilir. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Qüdrət Şükürovun qızının toy xərci 400 min manat təşkil edib. İctimai müzakirələrə səbəb olan bu hadisə sonda Qüdrət Şükürovun işdən çıxarılması ilə nəticələnib. 

O, vəzifəsini itirəndən sonra "Lifttəmir” İstehsalat Birliyindəki mənimsəmələrlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. 

Ayrıca Qüdrət Şükürova qarşı da  Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb. 

"Lifttəmir” İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən "Baklift-1” və "Baklift-2”nin rəhbərləri həbs edilib. Qüdrət Şükürov barəsindəki cinayət işinin nəticəsi barədə isə hər hansı məlumata rast gəlinmir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha az məhsulla daha çox satış etmək olarmı?

Şeyxin səlahiyyətləri azaldıldı

Şeyxin səlahiyyətləri azaldıldı

Şeyxin yeni müavini təyin edildi

Milli Depozit Mərkəzi ilk dəfə olaraq səhmlər üzrə dividend ödənişlərini həyata keçirib

Bu təhsil sektoruna yeni müdir təyin edildi

Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı (FOTO)

Sabah pensiyalar tam ödəniləcək

Baş nazir Aİ-92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ

Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq

Jurnalist Dövlət Agentliyində vəzifəyə təyin olundu

Daha 10 şirkət bazarı tərk etdi - MMC-lər niyə batır?

Daha 10 şirkət bazarı tərk etdi - MMC-lər niyə batır?

Formula 1-in pilotları nə qədər qazanır? - SƏRVƏTLƏRİ

Şöbələr ləğv edildi- Nazirdən yeni təyinat

Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası®

Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi

Vaxt ayıra bilmədi, biznesini satışa çıxardı - QİYMƏT

Azərbaycanda güclü zəlzələ gözlənilir? (AÇIQLAMA)

50 illik analitik Piter Brandt "Bitcoin"də yeni zirvə üçün tarix və qiymət açıqladı

Özəl klinikalarda qiymətlər necə təyin olunur?

Özəl klinikalarda qiymətlər necə təyin olunur?

Qurban bayramı ərəfəsində bazarlardakı qiymətlər

Azərbaycan nefti bahalaşıb

Xəzər dənizində zəlzələ olub

“Google”un həmtəsisçisi “Alphabet”in 700 milyon dollarlıq səhmini hədiyyə edib

5 milyonluq mənimsəməyə görə həbs edilən şəxsin maşını hərraca çıxarıldı

Rubl bahalaşarkən, avro ucuzlaşıb - Günün məzənnəsi

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - TOP 5

"Bitcoin" 111 min dolları keçdi - Rekord

Günün hansı saatında daha məhsuldarsınız? - SƏHƏR OXUSU

Yeni "Harri Potter"in çəkilişləri üçün bir milyard dollarlıq mini şəhər tikiləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin