BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9216
  • RUB
    2.0775
  • TRY
    0.0441
  • GBP
    2.2624
19919

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bununla yanaşı, payız-qış mövsümü bir sıra qrip və kəskin respirator virus infeksiyalarının da surətlə yayılmasına səbəb olub. Bu isə dərmanlara olan təlabatı daha da artırıb. Nəticədə Bakının bəzi apteklərində dərman qıtlığı yaranıb.

“Report” məsələ ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, bəzi apteklərdə zəruri olan bir sıra dərmanlar yoxdur. Paytaxtın Rəşid Behbudov 18 ünvanında yerləşən “Zeytun 211”, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Bizim aptek”in əczaçıları bir sıra dərmanların satışda olmadığını təsdiqləyiblər.

Onlar bildiriblər ki, hazırda çalışdıqları apteklərdə xeyli sayda dərman vasitələri yoxdur. Bu sıraya ürək-damar, sinir, əsəb sistemi xəstəliklərində istifadə olunan, dərman pişikotu – “valerian”, ağrıkəsici təsirə malik qeyri-steorid iltihab əleyhinə olan vasitə “nimesil”, “natrium xlorid” (infuziya üçün məhlul) və tərkibinə qatılan “ABC” vitamin kompleksləri daxildir.

Əczaçı Orxan Axundovun sözlərinə görə isə, hazırda çalışdığı “Urfan” aptekdə “nimesil” dərman vasitəsi satılmır və alıcılara yalnız bunun əvəzedicisi təklif olunur. O bildirib ki, hər dəfə ölkədə koronavirusa yoluxma artanda apteklərdə dərman çatışmazlığı yaranır.

“Kapsula” aptekin əczaçısı Əsmər Orucova deyib ki, əksər dərmanlar müəyyən məhdudiyyət və limit çərçivəsində depodan alınır: "Son bir həftəyədək qrip əleyhinə dərman tozları tapılmırdı. Səbəb olaraq, həmin dərman vasitələrinin gömrükdə olduğu və ya depolarda bitdiyi barədə standart cavab verirdilər".

Paytaxtın 8-ci mikrorayon ərazisindəki “Zeytun 73” aptekinin əczaçısı Çinarə Məmmədova qeyd edib ki, onun da çalışdığı aptekdə bəzi dərmanların çatışmazlığı yaşanır. O, buna misal olaraq bildirib ki, ən çox təlabatın olduğu öskürək əleyhinə “ACC” dərman preparatıdır. Əczaçı xanım bu dərmanın aptekdə satılmamasının səbəbini depoda olmadığı ilə əlaqələndirib.

Əczaçı Zöhrə Əliyeva da çalışdığı “Zeytun 13” aptekində öskürək əleyhinə “ACC” dərman preparatının satılmadığını bildirib. O da bunu həmin dərmanın depoda olmaması ilə əlaqələndirib: "Ümumiyyətlə, son vaxtlar dərmanlara təlabat artıb. Əsasən də “ACC” dərmanına. Lakin gətirilmir. Biz bununla bağlı maraqlanmışıq, amma depoda da yoxdur. Çox güman depoya da gətirilmir. Əgər depolarda olsaydı, apteklərə paylanılardı”.

Əczaçılar qeyd ediblər ki, hazırda bəzi apteklərdə tapılmayan dərmanlarla bağlı müraciət edən alıcıların sayı kifayət qədərdir. Onlar deyib ki, hətta qızdırma ölçən civəli termometrlərin də gətirilməsi dayandırılıb. Onlar bunun səbəbini bilmədiyini vurğulayıblar.

Səhiyyə Nazirliyindən “Report”a bildirilib ki, ölkəyə dərman gətirilməsi ilə özəl şirkətlər məşğul olur. Ona görə də vəziyyətlə bağlı sualı yalnız həmin şirkətlər cavablandıra bilərlər.

“Zeytun Pharmaceuticals” MMC-nin xarici satınalma üzrə meneceri Samir Kamilov isə “Report” deyib ki, dərman çatışmazlığı ilə bağlı problemin başlıca səbəbi pandemiyadır: "Bildiyiniz kimi, pandemiya ilə əlaqədar olaraq dünya əhalisinin dərman preparatlarına olan tələbatı dəfələrlə artdığından xammal çatışmazlığı və işçi qüvvəsinin tam iş rejimində işləyə bilməməsi səbəbindən bəzi preparatların təchizatında müvəqqəti problemlər yaranıb. Dərman bazarında olan çatışmazlıqlar hazırda yalnız Azərbaycanda deyil eyni zamanda bir çox ölkələrdə aktualdır".

Azərbaycana xaricdən dərman gətirən əsas şirkətlərdən biri olan “Avromed Company” QSC məsələ ilə bağlı “Report”un sorğusunu cavablandırmayıb. Şirkət sorğunu cavablandırmamasının səbəbini də izah etməyib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Report” açıqlamasında bildirib ki, bu problemə görə dərmanları ölkəyə idxal edən şirkətlər cavabdehdirlər: "Onlar bu işin məsuliyyətini öz üzərlərinə götürüblər və bu məsələ ilə özləri məşğuldurlar. İndiki dövrdə bir tərəfdən dərman maddələrinin keyfiyyət parametrlərinin aşağı olması, digər tərəfdən isə qıtlıq əhali arasında çox ciddi problem yaradıb".


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qafqazda kazino biznesi necə inkişaf edir?

Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

Amerikalı hakim "Apple"ı məhkəmə qərarını pozmaqda ittiham etdi

Azərbaycan komandası “TECHNOFEST-2025”də birinci yer tutub

Balakəndəki unikal abidə ilə bağlı sirr - Dünyanın nadir tarixi abidələrindən biri

Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun?

Cəlilabadda güclü yağışlar qədim yaşayış məskənini üzə çıxartdı

“Uber”robot taksilərə keçir

“Uber”robot taksilərə keçir

Çin elektromobilləri dünyanı ələ keçirir: ABŞ şirkətləri sağ qalacaqmı?

Bakı metrosunda enerjinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb (YENİLƏNİB)

Türkiyə parlamentinin sədr müavini vəfat etdi

Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Qiymət nə qədərdir? (VİDEO)

Eldar Əzizovun yaxın adamının 4 milyonluq sifariş verdiyi sirli şirkət kimindir?

Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib

Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib

Lotereyada 167,3 milyon dollar qazanan kişi polisə hücuma görə həbs olundu

Elektrik enerjisindən gəlirlər azaldı

Bakıda evlər buna görə bahalaşır

Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ

"WhatsApp Web" üzərindən səsli və görüntülü zəng etmək mümkün olacaq

Gəliri toxuculuqdan çıxan görmə imkanı məhdud şəxs: "Ən çox görmək istədiyim körpə qızımdır"

Bakıda bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Qocalar evində neçə ahıl yaşayır?

"TikTok"un baş icraçı direktoru öz övladlarına tətbiqdən istifadə etməyə icazə vermir - SƏBƏB

"TikTok"un baş icraçı direktoru öz övladlarına tətbiqdən istifadə etməyə icazə vermir - SƏBƏB

Azərbaycanda ŞOK ƏMƏLİYYAT: Casus tələbələr ələ keçdilər - Prorektoru da zəhərləmək istəyiblər

Baş Dövlət Yol Polisi İdarəsindən səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

Hərbçimiz vəfat edib - FOTO

Leysan olacaq, şimşək çaxacaq

Xankəndidə 1300 abonentə təbii qaz verilib

Prorektor işdən çıxarıldı - Yeni təyinat

Prorektor işdən çıxarıldı - Yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin