Nəqliyyat
18.02.2022 / 10:23
Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar artıb
19893
Azərbaycanda dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 445,6 min ton təşkil etmiş və ötən ilin yanvar ayına nisbətən 1,7% artıb.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 42,7%-i neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 802,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 759,9 min tonunu və ya 94,7%-i tranzit yüklər təşkil etmişdir.
“2022-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 17,6 min ton olub”, - məlumatda deyilir.
Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin yanvar ayına nisbətən 30,8% azalaraq 0,9 min nəfər olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay