Nəqliyyat
15.02.2022 / 12:08
Deputat: "BNA heç nəyə nail ola bilməyib”
19765
"Ötən dəfə parlamentin iclasında Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı məsələ müzakirə edildi. Bu qurumun fəaliyyəti qənaətbəxş deyildi, heç nəyə nail ola bilməyib”.
“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 2018-ci ildə dövlət başçısının həyata keçirdiyi islahatlar çoxşaxəlidir: "Görünür, bu islahatlar davam edəcək və daha da dərinləşəcək. Prezidentin kadrlar və dövlət qurumları ilə bağlı qərarları çox mükəmməldir. Eyni zamanda, məmurlara insanlardan qaçmamaları, onların problemləri ilə maraqlanmaları üçün xəbərdarlıqdır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay