BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.9581
  • RUB
    2.0781
  • TRY
    0.0445
  • GBP
    2.2754
19671

Ölkə başçısı Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Agentliyin nizamnaməsi, strukturu təsdiqlənib. Fərmana görə, Nazirlər Kabineti "Dövlət ehtiyatları haqqında" qanun layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını təsdiqləməlidir.

Ərzaq təhlükəsizliyinə xüsusi töhfə

Fərmanı şərh edən deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan müasir çağırışlara uyğun olaraq ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşması, xüsusən də dövlət ehtiyatının artırılması ilə bağlı sistemli fəaliyyət həyata keçirir: "Prezidentin göstərişlərinə uyğun olaraq Dövlət Taxıl Fondunun ehtiyatlarının artırılması, dövlət ehtiyatları üçün vəsaitlərin cəlb edilməsi və ərzaq təminatının formalaşması əsas prioritetlərdən biridir. Bu baxımdan Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı bir mənalı şəkildə ölkəmizdə ərzaq təhlükəsizliyinə xüsusi töhfə verəcək".

Strateji malların siyahısı təsdiq ediləcək

"Sənədə əsasən, Nazirlər Kabineti 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir. Bu isə ondan xəbər verir ki, istehlak bazarında dəyişikliklər, qlobal bazardakı çağırışlar və buna uyğun olaraq ehtiyatların formalaşması əsas hədəflərdən biri olaraq qalmaqdadır"-deyə o qeyd edib.

Dünyada ərzaq qıtlığı gözlənilir

Deputat bildirib ki, qlobal bazarda növbəti illərdə hətta ərzaq qıtlığının olacağı proqnozlaşdırılır: "Qlobal bazarda ərzağa tələb artır. Amma buna rəğmən biz təklifin azalmasını müşahidə edirik. Azərbaycanda ehtiyatların formalaşması həm də qlobal bazardakı dəyişikliklərin ölkədə istehlak bazarına, ərzaq təhlükəsizliyinə təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır".

Ölkədə ərzaq təhlükəsizliyi, ərzaq təminatı prioritetdir

"Bu fərman bir daha təsdiq edir ki, Azərbaycanda ərzaq təhlükəsizliyi və ərzaq təminatı prioritetdir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət həm də ölkədə ərzaq ilə təminatda dayanıqlığın formalaşmasına, ehtiyatların həcminin artırılmasına xidmət edir"-deyə millət vəkili əlavə edib.

"Dövlət ehtiyatları haqqında" qanun hazırlanacaq

Qeyd edək ki, sənədə əsasən, Nazirlər Kabineti Agentliyin nizamnamə fondunun formalaşdırılması üçün bu ilin dövlət büdcəsindən 2 milyon 516 min 300 manat vəsaitin Agentliyə ayrılmasını təmin etməli, "Dövlət ehtiyatları haqqında" qanunun layihəsini hazırlayıb 4 ay müddətində dövlət başçısına təqdim etməli, 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməli, dövlət, səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə, bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini dövlət başçısına təqdim etməlidir.

Qurumun strukturu müəyyən edilib

Prezident İlham Əliyevin imzaladığı fərmanla Dövlət Ehtiyatları Agentliyinin strukturu təsdiqlənib. Agentliyin strukturu belə olacaq: Dövlət Ehtiyatları Agentliyinin Aparatı, Dövlət Ehtiyatları Agentliyinin idarə, filial, nümayəndəlikləri.

Agentliyin Nizamnaməsi

Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması, idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək, daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.

Beləliklə, Azərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.

Agentliyin fəaliyyət istiqamətləri

Müvafiq sahədə dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində iştirak etmək;

Dövlət, səfərbərlik ehtiyatlarının yaradılmasını, yerləşdirilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini), idarə olunmasını, mühafizəsini təmin etmək;

Dövlət Taxıl Fonduna taxılın tədarük edilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini) həyata keçirmək;

Dövlət, səfərbərlik ehtiyatlarının yaradılması üzrə dövlət sifarişinin hazırlanması ilə bağlı tədbirlər görmək;

Monitorinqlər aparılmasını təşkil etmək, proqnozlaşdırmada iştirak etmək.

Agentliyin fəaliyyətinə nəzarətin forması, əhatə dairəsi

Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Prezidenti, Nazirlər Kabineti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyəti həyata keçirirlər.

Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Prezidentinə təqdim edilir.

İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti tərkibi 3 üzvdən – Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən, onun 2 müavinindən ibarətdir.

Agentlik dövlət sirri olan məlumatlar barədə sərəncam verəcək

Prezident İlham Əliyev "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın təsdiq edilməsi haqqında" 3 iyun 2005-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanlarının siyahısına Dövlət Ehtiyatları Agentliyi də əlavə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

5 manatlıq şirkətin 500 mindən çox borcu var

Nazir ona yüksək vəzifə verdi

5 dəqiqəlik enerji ilə 800 kilometr yol - Yeni avtomobil batareyası təqdim olundu

Azərbaycan və Çin Xəzərlə bağlı birgə iqlim layihəsinə start verib

Sabah bu ərazilərdə qaz olmayacaq

Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb

Kakao ixracı 26%-dən çox artdı

Dövlətə xəyanətə görə İvan Svetliçnıy 16 il azadlıqdan məhrum edilib

Azərbaycanda 2025-ci ildə işsizlik bir qədər azalacaq -Beynəlxalq Valyuta Fondu

Hesablama Palatası gəlir və xərclərini açıqlayıb

“Təhsilə yanaşma dəyişmədikcə, qiymətləndirmə ilə bağlı danışmaq faydasızdır” - Ekspert

Bu tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

Mərkəzi Bank “Xalq Sığorta” və iki sığorta brokerində pozuntular aşkarlayıb

Mərkəzi Bank “Xalq Sığorta” və iki sığorta brokerində pozuntular aşkarlayıb

AKTA-ya yeni icraçı direktor təyin edilib

Lökbatanda göl içində üzən evlərin tikilməsinə icazəni hansı qurum verib?

"Yeganə" şadlıq sarayının xeyli miqdarda vergi borcu varmış

Kredit almaq istədi - Kartındakı pulu da çəkdilər

Qarabağa qayıdan sakinlərə mənzil çıxarışları nə vaxt veriləcək?

Azərbaycanlı sahibkarlar Çində - FOTOLAR

Azərbaycanda kazino biznesinə icazə verilir? - Milyonların geridönüşü...

Azərbaycanda kazino biznesinə icazə verilir? - Milyonların geridönüşü...

Nazir rəis müavinini Salyana rəis göndərdi

Məqsəd tapşırıqla vəzifələri ələ keçirən şəxsləri saxlamaqdır - Deputat

“52 min kompensasiya verilir, heç birotaqlı həyət evi də ala bilmərəm” - Video

İlham Əliyev Çinə dövlət səfərinə gedib

Tikinti şirkətlərinin fırıldaqları: "Sökəndə 2, satanda 3-4 mindən hesablayırlar"

Ramin Şükürov həbs edildi

Kimlər “Lukoyl”un hesabına milyarder olub? - Siyahı

Metroda düyməni basanlar cərimələnəcək - AÇIQLAMA

Azərbaycanda hotel bir mərtəbəsini satışa çıxardı - QİYMƏT, FOTOLAR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin