BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
19529

İpoteka və Kredit Zəmanət Fondunun bu günlərdə açıqladığı stastistikadan məlum oldu ki, Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin 93%-i mənzillərin, 7%-i isə fərdi evlərin alınması üçün ayrılıb. Göründüyü kimi, ipoteka krediti ilə həyət evi alanların xüsusi çəkisi heç 10%-ə də çatmır. "Report" bunun səbəblərinə aydınlıq gətirməyə çalışıb.

"Vətəndaşlar əsasən mənzil almağa maraq göstərir"

Azərbaycan banklarından birinin İpoteka məhsullarının yaradılması şöbəsinin rəisi Rəşad Məmmədov deyir ki, kreditləşdirilən fərdi evlərin sayının az olması daha çox vətəndaşların istəyi ilə bağlıdır: "Bankların fərdi evlərə ipoteka krediti verilməsi ilə bağlı məhdudiyyəti yoxdur. İpoteka və Kredit Zəmanət Fondunun qaydaları şərçivəsində həyət evləri maksimum kreditləşdirilir. Sadəcə ipoteka krediti ilə daha çox Bakı, Abşeron və Sumqayıtda evlər alınır. Bu ərazilərdə isə insanlar əsasən mənzil almağa maraq göstərirlər. Çünki mənzillər fərdi evlərə nisbətən daha likviddir, lazım gəlsə rahat satılır. Mənzillərin qiyməti tədricən artır, amma fərdi evlər nəinki bahalaşa, hətta ucuzlaşa bilər. Bu gün 100 min manata alınan həyət evini sabah 50 min manata satmağa məcbur ola bilərsiniz. Bundan başqa, fərdi evlərin saxlanılması xərcləri çoxdur. Bu, xüsusilə istiliklə təchizat xərclərinə aiddir. İpoteka ilə əmlak alan şəxs isə özünü çox əlavə xərcə salmaq istəmir. Mənzilləri rahat kirayəyə vermək olur, fərdi evlərlə bağlı isə bunu etmək çətindir".

"Banklar fərdi evləri kreditləşdirməyə ehtiyatla yanaşır"

Bununla belə, banklar da fərdi evlərə kredit verməkdə elə də maraqlı deyillər. R.Məmmədovun sözlərinə görə, kredit təşkilatları həyət evlərinin problemlərinin çox olduğunu və lazımi likvidliyə malik olmadığını nəzərə alaraq bacardıqrca belə əmlakları kreditləşdirməkdən qaçır, onlara ehtiyatla yanaşırlar: "İpoteka krediti üçün müvəkkil qiymətləndirmə şirkətinin rəyi olmalıdır. Həmin rəydə evin vəziyyəti, likvidliyi öz əksini tapır və qiymət müəyyən olunur. Qiymətləndirici evin normalara uyğun tikilmədiyini, qəzalı vəziyyətdə olduğunu və yaxud yaşayış səviyyəsinə uyğun gəlmədiyini bildirdikdə bank onu girov götürüb kreditləşdirə bilməz".

"Vətəndaşların imkanı əsasən mənzil almağa çatır"

Ölkədəki digər bankın İpoteka kreditləri şöbəsinin müdiri Xalid Hətəmov isə deyir ki, ipoteka krediti ilə ev alanların çoxu bununla adətən ilk və yeganə evinə sahib olur. Vətəndaşların imkanı əsasən mənzil almağa çatır: "Ötən il bizim bankın verdiyi 150 ipoteka kreditinin cəmi 11-i fərdi evlərin alınması məqsədi ilə ayrılıb. Kreditlə ev almaq istəyən müştərilərin əksəriyyətinin başqa evi olmur və əllərindəki pulla daha çox mənzil almaq istəyirlər. Çünki, onların malik olduğu büdcəyə uyğun həyət evi tapmaq çətindir".

"Fərdi evlərin çoxunun normal sənədi yoxdur"

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev isə fərdi evlərin az kreditləşdirilməsini onların çoxunun sənədlərinin qaydasında olmaması ilə uzah edir: "İpoteka ilə alınan, girov qoyulan daşınmaz əmlakın dövlət qeydiyyatı olmalıdır. Fərdi evlərin çoxunun normal sənədi yoxdur. Bununla belə, onların sayı heç də mənzillərin sayından az deyil. İnsanlar ev problemini daha çox Bakının ətrafında həyət evi tikməklə həll edir və son nəticədə Abşeron yarımadasında təxminən 500 min şəxsi ev var. Amma onları ipoteka yolu ilə kiməsə satmaq problemdir. Çünki, həmin evlərin çoxudunun "çıxarış"ı yoxdur. Normal sənədi olan evlər isə çox bahadır və insanlar onları kreditlə almaqda elə də maraqlı deyillər. Üstəlik, dövlətin müəyyən etdiyi krediti limiti (150 min manat) da əksər hallarda normal fərdi ev almağa imkan vermir".
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kiloqramı 32 manatdan göbələk teli alındı

5 cür pul xərcləyən insan tipi var - Kimlər necə xərcləyir?

5 cür pul xərcləyən insan tipi var - Kimlər necə xərcləyir?

Brend qurulmasında uğurlu metod: Orijinal yaşayırsınızsa...

Qafqazın ən hündür nöqtəsində alpinist şəhərciyi tikiləcək

İxtisar zamanı yada ilk düşən işçilər

Formula 1-in pilotları nə qədər qazanır? - SƏRVƏTLƏRİ

Böyük perspektivlər vəd edən sahə

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Təyyarədə pəncərə kənarında əyləşməyə görə əlavə pul verilməlidir? - RƏSMİ

Lider ruhlu olduğumuzu necə anlamaq olar? - 10 sual

Eyni torpaq sahəsinin iki sahibi var - Onlara çıxarışları kim verib? (VİDEO)

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Bu qəpiklər tədavüldən çıxarılır

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Makaron istehsalı 2 dəfədən çox artıb

Avropada ən yüksək pensiya yaşı bu ölkədə olacaq –70 yaş

Bu gün 54 mindən çox abituriyent qəbul imtahanı verir

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Məşhur kinorejissor Stenli Kubrikin evi fantastik qiymətə satışa çıxarıldı - FOTO

"Bitcoin" və altkoinlərin qiyməti düşür

Qızı üçün şəxsi sərmayə ilə qurduğu brenddən hazırda milyonlar qazanır - SƏHƏR OXUSU

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin