BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
19512

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Daxili İşlər Nazirliyinə verilməsi bu sahədə yeniliklərin olacağını ümid edir.

Bunu Trend-ə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O bildirib ki, 2012-ci ildə qurulan bu sistemə kifayət qədər vəsait xərclənsdə də, sonradan bu sistemin tam tətbiqi mümkün olmadı.

"Bu sistem 2012-ci ildə 300 milyon manat vəsait hesabına qurulub. Bu sistemdə əslində böyük işlər nəzərdə tutulurdu. Bu sistem vasitəsilə müasir texnologiyalardan istifadə etməklə Bakının nəqliyyat sisteminin idarə edilməsi planlaşdırılırdı. Amma heç 3 il keçməmiş nəinki intellektual idarəetmə, heç avtobus dayanacaqlarına qurulan monitorlar işləmədi və bu gün də həmin monitorlar işləmir. Hansı ki həmin manitorlar sürücülərə tıxac və boş olan yollar barədə məlumat verməli idi. Hətta bəzi hallarda monitorların tıxac göstərdiyi ərazilər boş, boş göstərilən ərazilər tıxac olurdu. Bir sözlə bu sistem tam tətbiq edilə bilmədi",-deyə E. Muradlı bildirib.

O qeyd edib ki, bu mərkəzin Daxili İşlər Nazirliyinə verilməsi prosesdə yeniliklərlə nəticələnə bilər: "Bu prosesdə dəyişikliyin olmasını zaman göstərəcək. Amma belə bir bahalı sistemi təkmilləşdirmək mütləq lazımdır. Bu proses daha mükəmməl formada təkmilləşdirilməlidir".

Ekspert bildirib ki, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində olan parklanma prosesi də Daxili İşlər nazirliyinə verilə bilər.

"Çünki, Bakı Nəqliyyat Agentliyi qanunsuz parklanmaları şəhərdə quraşdırılan kameralar vasitəsilə müəyyən edirdi ki, həmin kameralara da Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən nəzarət edilirdi. Bu mərkəz Daxili İşlər Nazirliyinin tabeçiliyinə verilibsə, demək həmin parklanma məsələsi də bu quruma aid ediləcək. Yəqin ki yaxın vaxtlarda bu məsələ müəyyən ediləcək.

Ümumiyyətlə, bu prosesin bir qurumun nəzarətinə verilməsi məqsədəuyğundur. Parklanma, cərimələr həm yol polisinə, həm də Bakı Nəqliyyatının səlahiyyətində idi. Ona görə də bu sahədə bir növ xaos yaranmışdı. Bakı Nəqliyyat Agentliyi polisə, piolis isə Agentliyə arxayın idi. Amma bu məsələ bir qurumda cəmləşsə, bu sahədəki problemlər həllini tapa bilər", -deyə ekspert əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Estetik əməliyyatlardan sonra çoxalan ölümlər - Xəstələrə nəzarət necə olmalıdır?

39 tenderin qalibi etibarsız təchizatçı elan edildi

ABŞ üçün "qızıl dövr" proqnozu: Trampın dəstəyi ilə iqtisadi yüksəliş gözlənilir

"Qarabağ Sərnişin Daşıma" MMC cərimələnir

Məktəbəqədər təhsil müəssisələrində yemək nəzarəti üçün 76 milyonluq vəsait ayrıldı

"Morgan Stanley" IV rüb hesabatını açıqladı - 2 dəfədən çox artan mənfəət

Elektromobil təkmilləşdirən şirkətə 100 milyon dollar investisiya yatırılıb

"Fed" 2025-ci ilin ilk yarısında faiz endirimlərinə işarə edir

Beynəlxalq Əmək Təşkilatının növbəti hesabatı yayımlanıb

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Şirkət rəhbəri əməkdaşın maaşını gecikdirdiyinə görə 3000 manat cərimələnir

"Azgranata" inzibati məsuliyyətə cəlb edilib

Məcburi Köşkünlərin Məlumatları Sisteminin yaradılması neçəyə başa gələcək?

“Binance” bu altkoini ləğv edəcək - Qiymətlər ucuzlaşdı

"Bes Enerji RV" 1500 manat cərimələnə bilər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Elektrikə artan tələbin nüvə enerjisinə təsiri - "IEA"nın hesabatı

Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?

Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva vəzifəsindən azad olundu

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

"Deluxe Constraction" MMC valyuta tənzimi qaydalarını pozub

Şadlıq sarayında saxta içkilər aşkarlandı

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin