BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
19473

Müasir dünyada insanların əksəriyyəti hər hansı bir şirkətdə sıravi işçi kimi çalışmaq əvəzinə, öz biznesini qurmağa, onun sahibi olmağa çalışır. Bu biznes kiçik və az gəlirli olsa belə. Bu mənada Azərbaycan vətəndaşları da istisna deyil.

Biznes qurmaq, öz işinin sahibi olmaq istəyənlərin arzuları müəyyən mənada eynidir: daha az yatırım edib, böyük mənfəətə sahib olmaq. Bu arzu olduqca təbii və həm də əlçatmaz görünə bilər. Amma ətrafında düşünməyə də dəyər.

Mövzu ilə bağlı “Report” kiçik biznes sahiblərindən ölkəmizdə dəbdə olan biznes sahələrinin hansılar olduğunu öyrənib.

Məlum oldu ki, az xərclə öz işini qurmağa çalışanlar arasında ticari münasibətlərə üz tutanlar üstünlük təşkil edir. Xarici dövlətlərdən ölkəmizə məhsullar gətirərək satışını icra edənlər arasında həm onlayn, həm də ənənəvi qaydada fəaliyyət göstərənlər var. Gətirilən malların çeşidi isə istehsalçı ölkələrə uyğun olaraq fərqlənir. Məsələn, qonşu Türkiyədən daha çox geyim, tekstil məhsulları alınıb satışa çıxarılır. Çin bazarından mal gətirənlər isə daha çox xırdavat, bəzək əşyaları, məişət avadanlıqlarına üstünlük verirlər.

Ölkədə fəaliyyət göstərən biznes sahələri arasında müxtəlif növ iaşə obyektlərini qeyd etməyə də dəyər. Oyun klubları, kompüter salonları bu mənada yeni sahə olmasa da, hələ də aktuallığını itirməyiblər.

O cümlədən, kiçik kafelər, qəlyanaltı obyektləri də olduqca gəlir gətirən sahələr arasında olacaq.

Üz tutduğumuz biznesmenlərdən biri – gözəllik salonunun sahibi öz işini necə qurmasından söz açıb, xərc və mənfəəti haqqında məlumat verdi:

“Ümumiyyətlə, avadanlıqların hamısı yerli ticarət obyektlərindən alınıb, mebellər də yerli ustalar tərəfindən hazırlanıb. Kvadratmetrindən asılı olaraq təmirə çıxan pulu hesablamaq olar. Minimal olaraq 10 000 manat nəzərdə tuta bilərsiniz. Obyekti icarəyə götürmüsünüzsə, əraziyə və sahəsinə görə bu qiymət dəyişir. Ortalama aylıq gəliri 250 manatdan hesablasaq, illik 3 min manat qazanca arxayın ola bilərsiniz. Bunun da təxminən 500 manatı cari təmirə gedəcək”.

Ekspert Eldəniz Əmirov hesab edir ki, daha az pul xərcləməklə yaradılan biznes sahələri birmənalı olaraq mikrosahibkarlıq istiqamətində olan sahələrdir:

“Bu gün lazımi şəkildə mikrosahibkara çevrilib fəaliyyətini düz quran sahibkar bir müddət sonra kiçik sahibkara, daha sonra orta sahibkara çevrilə bilər. Uzunmüddətli bir dövr üçün onun iri sahibkara çevrilmək potensialı var”.

E.Əmirov bildirib ki, konkret olaraq az pul xərcləyərək hansısa biznes sahəsihə başlamaqdan söz gedirsə, ümumiyyətlə pul sərf etmədən də dövlətin özünüməşğulluq proqramına qoşulmaq olar:

“Bunun üçün işsiz statusuna malik olmaq lazımdır. Daha sonra Dövlət Məşğulluq Agentliyinə müraciət olunur. Oradan isə şəxs ehtiyacı olan avadanlıqlarla təchiz olunaraq işə başlayır”.

Ekspertin sözlərinə görə, mikro, kiçik və orta sahibkarlara ölkəmizdə dəstək olan qurumlardan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). Bu qurum tərəfindən mikrosahibkarlar üçün pulsuz təlimlər keçirilir, onlara biznes planın yazılmasında yardım olunur, onların satışlarına dəstək mexanizmi bu qurum tərəfindən keçirilir. Eyni zamanda, müəyyən təsərüffat qurumları var ki, onlara startap şəhadətnamələri verilir. Bu şəhadətnamədən sonra sahibkar üç il ərzində gəlir və mənfəət vergisindən azad edilir.

“Respublikamızın 21 regionunda KOBİA dəstək mərkəzləri fəaliyyət göstərir. Bundan başqa, respublikanın 29 şəhər və regionunda qurum tərəfindən yaradılan “KOB dostu” ofisi var. Bunlar tərəfindən biznes qurmaq istəyənlərə, mikrosahibkarlara yardım edilir.

Bu gün ölkəmizdə mikrosahibkarlara birbaşa kömək edən və hətta lazım gələrsə, onun probleminin həlli üçün digər qurumlara üz tutan yeganə qurum elə KOBİA-dır”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Azərbaycan dövləti də kiçik sahibkarlığın inkişafına təkan verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən önəmli aktiv məşğulluq istiqamətlərindən biri özünüməşğulluq proqramıdır. Özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərrürfatlarını, kiçik bizneslərini yaratmalarına dəstək göstərilir. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kənd təsərrüfatı üzrə (iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və arıçılıq) istehsal və xidmət istiqamətləri üzrə aktivlər təqdim edilir.

Proqramın əhatə dairəsinin genişləndirilməsi və yeni özünüməşğulluq istiqamətlərinin yaradılması məqsədilə beynəlxalq və yerli qurumlarla əməkdaşlıqlar həyata keçirilir. Dünya Bankı ilə birgə “Azərbaycanda məşğulluğa dəstək” layihəsi həyata keçirilir. 22 min işsiz şəxsin cəlb ediləcəyi layihənin iştirakçıları üçün kiçik bizneslərini qurmaları üçün dəstək göstəriləcək. Dövlət Məşğulluq Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi də özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilir. Proqram çərçivəsində digər istiqamətlər olaraq “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi, “Biznesini yarat marafonu”, “Məktəbim” layihəsi, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi, “Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması” layihəsi, “Ağıllı kənd” layihəsi və s. icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin