BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
19429

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Eyni fərmanla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə keçib.

​Bəs bu dəyişikliklərin nəticəsini sürücülər hansı formada hiss edəcək? Nəqliyyat sahəsində nə yeniliklər olacaq?

“Qafqazinfo” bu suallarla hüquqşünas və nəqliyyat üzrə ekspert Ərşad Hüseynova müraciət edib. O, açıqlamamsında bu prosesin hələ başlanğıc olduğunu və dəyişikliklərin davam edəcəyini bildirib: “Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyinin nizamnaməsi də dəyişməlidir. Hazırda BNA-da bu tip qurumlara xarakterik olmayan səlahiyyətlər var. Hesab edirəm ki, bu səlahiyyətlər digər qurumlara ötürüləcək. Məsələn, dayanma-durma qaydalarının pozulmasına görə cərimələrin yazılması. Ehtimal edirəm ki, cərimələrin yazılması da Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan və yaxud indiki kimi müstəqil qurum tərəfindən yazılması praktikası özünü doğrultmadı. Xeyli sayda mübahisələr, ciddi problemlər yarandı. BNA-nın fəaliyyətində də ən ciddi narazılıq yaradan məqam məhz bu idi. Hesab edirəm ki, bu gün başlayan prosesin davamı olacaq. Cərimələrin yazılması, ümumiyyətlə qanunsuz paklanmaya nəzarət məsələləri böyük ehtimalla, DİN-ə qaytarılacaq və bu qurumun nəzarətində olacaq”.

Ekspert dünyanın əksər ölkələrində ictimai nəqliyyatın təşkili barədə təcrübəni nümunə gətirib. Ə. Hüseynov BNA kimi qurumun səlahiyyətlərində olmalı məsələləri sadalayıb: "İctimai nəqliyyatın təşkili və idarə olunması, taksi fəaliyyətinin təşkili və idarə olunması, şəhər ərazisində parklanmaların təşkili və idarə olunması və cari infrastrukturla bağlı yol təhlükəsizliyin və müasir mobilliyin təmin edilməsi. Yəni, velosiped yollarının təşkili, səkilərin lazımı qaydada saxlanılması və digərləri. Sovet dövrü və müstəqillik illərində Azərbaycanda da təcrübə belə idi. Böyük ehtimalla məhz bu yanaşmaya qayıdılır. BNA-nın yeni səlahiyyətlərində də məhz yuxarıda sadalıdıqlarım olacaq. Cərimələrin yazılması və s. yerdə qalan digər məsələlər gəldikdə isə, hesab edirəm növbəti fərmanlarla onların da taleyi həll olunacaq”.

NİİM-in Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsini şərh edən Ərşad Hüseynov qeyd edib ki, əvvəllər də bu idarənin səlahiyyətlərini DİN həyata keçirib: “NİİM-in səlahiyyətlərinə işıqforların qurulması, onlara nəzarət və yollarda nəqliyyat axınların idarə olunası daxil idi. İndi də Bakıdan başqa, digər ərazilərdə bu səlahiyyətlər DİN tərəfindən həyata keçirilir. Bu məsələdə də, əvvəlki yanaşmanının bərpa olunduğunu deyə bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

39 tenderin qalibi etibarsız təchizatçı elan edildi

ABŞ üçün "qızıl dövr" proqnozu: Trampın dəstəyi ilə iqtisadi yüksəliş gözlənilir

"Qarabağ Sərnişin Daşıma" MMC cərimələnir

Məktəbəqədər təhsil müəssisələrində yemək nəzarəti üçün 76 milyonluq vəsait ayrıldı

"Morgan Stanley" IV rüb hesabatını açıqladı - 2 dəfədən çox artan mənfəət

Elektromobil təkmilləşdirən şirkətə 100 milyon dollar investisiya yatırılıb

"Fed" 2025-ci ilin ilk yarısında faiz endirimlərinə işarə edir

Beynəlxalq Əmək Təşkilatının növbəti hesabatı yayımlanıb

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Şirkət rəhbəri əməkdaşın maaşını gecikdirdiyinə görə 3000 manat cərimələnir

"Azgranata" inzibati məsuliyyətə cəlb edilib

Məcburi Köşkünlərin Məlumatları Sisteminin yaradılması neçəyə başa gələcək?

“Binance” bu altkoini ləğv edəcək - Qiymətlər ucuzlaşdı

"Bes Enerji RV" 1500 manat cərimələnə bilər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Elektrikə artan tələbin nüvə enerjisinə təsiri - "IEA"nın hesabatı

Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?

Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva vəzifəsindən azad olundu

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

"Deluxe Constraction" MMC valyuta tənzimi qaydalarını pozub

Şadlıq sarayında saxta içkilər aşkarlandı

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

XİN: Rusiya da Azərbaycan kimi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı həqiqətləri bilmək istəyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin