BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
19303

“Lombardlar haqqında qanun qəbul ediləcək və faktiki olaraq Mərkəzi Bank onların fəaliyyətinə nəzarət edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert, vəkil Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, həmin qanundan sonra lombardlar fəaliyyəti faktiki olaraq bank fəaliyyəti kimi tanınancaq və üzərlərində nəzarət olacaq:

“Lombard əhaliyə kredit verir. Onlar isə öz pulunu vermir, öz növbəsində banklardan, bank olmayan kredit təşkilatlar, digər vətəndaşlardan ktedit götürür və onu daha yüksək faizlə başqasına verirlər. Bu isə artıq bank fəaliyyətidir, qanunsuz olması da bununla bağlıdır. Təbii ki, əhali bunu bilmir və əslində fərqində də olmamalıdır. Bunun müvafiq dövlət orqanları fərqində olmalıdır. Bank faəliyyəti nədir? Bank fəaliyyətini yalnız Bank və bank olmayan kredit təşkilatları göstərir. Onlar buna görə Mərkəzi Bankdan lisensiya alırlar. Mərkəzi Bank onların fəaliyyətinə daima nəzarət edir. Niyə edir? Elə-belə eləmir. Ona görə edir ki, onlar özünün deyil, başqalarının pulunu kredit verirlər. Məsələn, mən öz pulumu kiməsə borc verirəmsə, bizim fəaliyyətimizə nəzarət lazım olmayacaq, çünkü öz pulumuzdur, itirəcək bizik. Amma başqasının pulunu borc veririrksə, buna görə nəzarət var. Lombardların üzərində indiyə kimi nəzarət yoxdur. Niyə? Guya ehtimal olunur ki, onlar bu günə kimi öz pullarını verirlər. Amma əslində onlar öz pulunu vermirlər, onlar da kimdənsə borc alırlar”.

Əkrəm Həsənov bildirib ki, Vergilər Nazirliyinin saytına girəndə görürsən ki, onların nizamnamə kapitalı ən yüksək halda 200 manatdır, qalanları 5-10 manatdır:

“5-10 manatı borc verir? Yox, onlar da kimdənsə borc alır. Bu əhalinin problemi deyil, dövləti narahat etməlidir. Orada camaatın pulu batır. Təəssüf ki, dövlət buna nəzarət etmir. Bu işlə məşğul olanlar yoxdur ki, lombardlar qanunsuz bank fəaliyyəti göstərir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin