BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
19256

"Azərbaycan dolayısı ilə, Qərbin Rusiyaya qarşı gözlənilən sanksiyalarından mənfəət götürə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Ukrayna ətrafında cərəyan edən gərginlik fonunda Qərbin Rusiyaya qarşı daha ciddi sanksiyalara əl atacağı halda, mövcud vəziyyətin Azərbaycan iqtisadiyyatına da təsirindən danışarkən deyib.

O baxımdan, ekspert bu qənaətdədir ki, şimal ölkəsinə yönəlik sözügedən sanksiyaların Azərbaycan iqtisadiyyatına heç bir ciddi mənfi təsirləri olmayacaq: 

"Qərbin Ukrayna məsələsilə bağlı Rusiyaya münasibətdə tətbiq edə biləcəyi növbəti sanksiyaların Azərbaycana da hər hansı bir mənfi təsir göstərəcəyini düşünmürəm. İqtisadiyyatda müxtəlif vəziyyətlərə uyğun müxtəlif alətlər də olur. Qonşuluq münasibətlərinə cavab verməsə də, hesab edirəm ki, Rusiyaya ola biləcək sanksiyalardan əksinə, Azərbaycan daha çox mənfəət götürə bilər. Nəzərə alaq ki, hazırda Azərbaycan ərazisi, ölkəmizin xarici siyasəti və mövqeyi Rusiya üçün diversifikasiya olunmuş dəhliz hesab olunur”. 

Həmsöhbətimiz qeyd edir ki, Rusiyaya yönəlik istənilən ağır sanksiyalar dolayı yolla olsa da, rus işgüzar dünyasının Qərbə çıxmasına təkan verəcək. Bu yollardan ən optimalı isə F. İbrahimova görə, Azərbaycandır: 

"İstər infrastruktur, istər maliyyə institutları nöqteyi-nəzərindən, istərsə də Bakı ilə Moskvanın xoş qonşuluq siyasəti və bağlanan ikitərəfli əlaqələr istiqamətindən yararlanaraq Rusiya prosesdən öz marağı naminə faydalana bilər. Sözsüz ki, bu fonda Azərbaycan da prosesdən mənfəət götürə bilər. 
Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Rusiyaya qarşı növbəti sanksiyalar fonunda Azərbaycan iqtisadi cəhətdən daha səmərəli vəziyyət əldə edə bilər. Yəni bu sanksiyalar Rusiya ilə iqtisadi əlaqələrimizin zəifləməsinə gətirib çıxarmayacaq. Uzağı Rusiyadan ölkəmizə silah-sursat satışı azalar. Amma müasir dövrdə bunlardan yan keçmək də mümkündür. Rusiyaya hər hansı sanksiya qoyulduqda, rus şirkətləri öz məhsullarını Azərbaycan ərazisində milliləşdirməklə, başqa kodla dünya bazarlarına çıxa bilərlər”. 

Bəs Rusiyaya mümkün sanksiyalar Ermənistan iqtisadiyyatına necə təsir göstərə bilər? Məlumdur ki, Ermənistan iqtisadiyyatının vəziyyəti daha çox Rusiya iqtisadiyyatından asılıdır. Xüsusilə, Rusiya Ermənistana maliyyə axınına görə ənənəvi olaraq lider olaraq qalır, keçən ilin 11 ayı ərzində ondan Ermənistana 781 milyon dollar köçürülüb. Respublikada Rusiya kapitalının iştirakı ilə çoxsaylı iri müəssisələr fəaliyyət göstərir.

Rusiyaya mümkün sanksiyaların Ermənistan iqtisadiyyatına necə təsir göstərə biləvəyi mövzusunda danışan "Alternativ” tədqiqat mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Tatul Manaseryan da Sputnik Ermənistan-a müsahibəsində Ermənistanın təsir göstərməyəcəyini deyib:

"Sırf Ermənistana qarşı Qərbin sanksiyalarının tətbiqi gözlənilmir. ABŞ və Rusiya arasında rəqabətin yaratdığı gərginliyə səbəb olan, dünyanın güc mərkəzi sayılan Rusiyadan fərqli olaraq, Ermənistan belə problemlərlə üzləşməyəcək”. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin