BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
19223

"İran və Ermənistan çalışır ki, Zəngəzur dəhlizi, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri layihələrində daha əlverişli şərtlərlə yer alsınlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İrəvan Dövlət Universitetinin kafedra müdiri Vardan Voskanyanın İranın Fars körfəzi-Qara dəniz layihəsinin Naxçıvandan keçməsinə imkan verməyəcəyi və bu səbəbdən Tehranın Şimal-Cənub magistralı üzrə tikinti layihəsinin Ermənistan tərəfdən tamamlanmasına xüsusi önəm verdiyinə dair fikirlərinə münasibət bildirərkən deyib.

Həmsöhbətimizin fikrincə, bu təklif obyektivlikdən uzaq fikirdir:

"Zaman-zaman bu sayaq fikirlər səslənir. Amma obyektivlikdən uzaq fikirlərdir. Azərbaycan üzərindən keçmədən hansı dəmir yolu və ya avtomobil yolu xətlərilə İranla Qara dənizi birləşdirmək olar? Coğrafiyadan, xəritədən başı çıxan görər ki, bunun başqa variantı yoxdur”.

N. Cəfərli qeyd edir ki, İrəvanla Tehranın istədiyi həmin layihənin gerçəkləşməsi coğrafi məkan və maddi imkansızlıq baxımından mümkün deyil:

"Bu günə qədər İranla Ermənistanın istəyi olan bu layihəni reallaşdırmaq mümkün olsaydı, son 30 ildə həmin yolu realizə edə bilərdilər. Etməyiblərsə, deməli, onun baş tutmasına coğrafi və maddi əngəllər mövcuddur. Çünki elə bir marşrutun Azərbaycandan yan keçərək reallaşması böyük maliyyə resursları tələb edir və baha başa gəlir. Digər tərəfdən, həmin layihədə irəli sürülən coğrafi relyef də çətin keçilən yollardır. Ermənistanda dağlardan keçərək Gürcüstana gedən yol çətin relyefə malik olduğundan həddən artıq baha başa gələcək. Maliyyə mənbələrinə gəldikdə, İran təkbaşına onun öhdəsindən gəlmək gücündə deyil. Bunu bacarsaydı, bu günə qədər edə bilərdi. Ermənistanın isə maddi imkan və fürsətləri tamamilə yox dərəcəsindədir”. 
Ekspert düşünür ki, bu tip reallaşması mümkün olmayan layihələri gündəmə atmaqla Tehranla İrəvan sadəcə bölgədə mövcud olan və olması gözlənilən real layihələrdə sərfəli şərtlərlə yer almağı qarşılarına məqsəd qoyublar:

"Bu tip bəyanatlar sadəcə Zəngəzur dəhlizi, Şimal-Cənub, və Şərq-Qərb dəhlizi layihələrində Tehranla İrəvanın birgə kordinasiya olunmuş mövqe bildirməklə özləri üçün bəzi güzəştlərin qoparılmasına çalışmaq niyyətindən qaynaqlanır. Bu səbəbdən də zaman-zaman bu tipli bəyanatlar səsləndirirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Elektrikə artan tələbin nüvə enerjisinə təsiri - "IEA"nın hesabatı

Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?

Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva vəzifəsindən azad olundu

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

"Deluxe Constraction" MMC valyuta tənzimi qaydalarını pozub

Şadlıq sarayında saxta içkilər aşkarlandı

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

XİN: Rusiya da Azərbaycan kimi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı həqiqətləri bilmək istəyir

Bu icra başçıları özlərinə köməkçi axtarır

Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

İki qanun layihəsi plenar iclasda tövsiyə olundu

Ötən il əhaliyə ₼62 milyardlıq məhsul satılıb

Paşinyan Davos forumunda iştirak edəcək

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Fermerlərə 52 min manatdan çox ödəniş edilib

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan - “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin