BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
19175

Hər sahədə olduğu kimi, tikinti materialları bazarında da sürətli qiymət artımı davam edir. Ötən ilin payızından başlanan bahalaşma son 2 ayda daha da kəskinləşib. Son aylarda qiymət artımı, əsasən, taxta və digər ağac materialları, gips, boyalarda, üzləyici materiallarda müşahidə olunur. Xüsusilə, ağacdan hazırlanan tikinti materiallarının qiyməti ötən illə müqayisədə 2 dəfəyə yaxın artıb.

Bəs tikinti materiallarının bahalaşmasının uzun müddət davam etməsinə səbəb nədir? İnşaat malları sektorundakı qiymət artımları daşınmaz əmlak bazarına da təsir edir?
 
Dünya bazarlarının təsiri
 
Millət vəkili Azər Badamov deyir ki, ölkəmizdə tikinti malları bazarındakı bahalaşma dünyadakı qiymətlərlə əlaqədardır: "Bahalaşma təkcə tikinti sektorunda yox, digər sahələrdə də mövcuddur. Bütün istiqamətlərdə müəyyən qədər qiymət artımı müşahidə olunur. Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə mal və məhsulların qiymətində bahalaşmalar mövcuddur. Tikinti materiallarını başqa ölkələrdən idxal etdiyimiz üçün dünyada həmin məhsullar bahalaşdığından, bizim bazarlarda da artımlar öz əksini tapır”.
 
Gələn il bahalaşma olmayacaq?

A.Badamov gələn il üçün bahalaşma olacağını düşünmür: "Çünki əksər ölkələrin iqtisadiyyatında pandemiya ilə bağlı azalmalar olub. Bu ölkələr bazarlarını nizamlamaq üçün müəyyən tədbirlər görürlər. Bu tədbirlər qiymətlərdə artımların olmasına gətirib çıxarıb. Həmçinin, ölkələr öz iqtisadiyyatlarını ilin sonuna qədər nizamlayırlar. Hər il yenidən nizamlanmış iqtisadiyyatları ilə bazarlara mal və məhsullar təqdim edirlər. Beynəlxalq ekspertlərin açıqlamalarında da gələn il dünya iqtisadiyyatında stabilləşmə olacağı qeyd olunur”.  
 
Bir-biri ilə bağlı bazar 
                       
A.Badamovun sözlərinə görə, tikinti materialları bazarındakı bahalaşma zəncirvari prosesdir: "Hər bir mal-materialın bahalaşması digər məhsulların da qiymətlərinə öz təsirini göstərir. Məsələn, gətirilən taxtanın qiymətinin artması tikinti bazarında da, binaların maya dəyərində də görünür. Ona görə də, tikinti bazarındakı qiymətlərə təsiri təbii hesab edirəm”.
 
Yeni formada alınan vergi
 
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyir ki, tikinti bazarındakı bahalaşmanın səbəblərindən biri vergiləri ödəmə üsulunun dəyişməsidir: "Tikinti şirkətləri 2020-ci ildən vergiyə yeni forma ilə cəlb olunurlar. Artıq qara bazardan inşaat materiallarını nağd almaq sərf etmir deyə, köçürmə ilə ödəniş edirlər. 18 faiz ƏDV və digər köçürmə xərcləri ilə üzləşirlər. Bu, həm inşaat materialları satışında maya dəyərinə təsir edir, həm də qiymət fərqi yaradır”.
 
"Qiymət artımı  qaçılmazdır”

E.Azadov bildirir ki, bahalaşma gələcək illərdə də olacaq: "Qiymət artımı qaçılmazdır. Bunun bir çox səbəbləri var. Onlardan biri işğaldan azad olunmuş ərazilərdə inşaat işlərinin aparılmasıdır. Tikinti materialları istehsal edən şirkətlər görəcək ki, tələbat çoxalıb, məhsul satılır, qiymətləri qaldıracaqlar. Rəqabət olsa da, tələbat var deyə, qiymətləri bahalaşdıracaqlar”.  

Materiallar da bahalaşır, əmlak da

E.Azadovun sözlərinə görə, tikinti bazarındakı bahalaşma mənzil qiymətlərinə də təsirsiz ötüşməyəcək: "Bahalaşma olan yerdə tikinti şirkətlərinin satdığı mənzillərin də qiymətində artım gözlənilir. Müşahidə etsək, görərik ki, son bir ildə yeni layihələrə başlayan tikinti şirkətləri qiymətləri 15-20 faiz artırıblar. Ona görə ki, materialların maya dəyəri əvvəlkindən 15-20 faiz bahadır. Əvvəldən tikinti sektoruna investisiya yatırıb, köhnə qiymətlərlə inşaat materialları alıb vergisini ödəyən şirkətə əmlak daha ucuz başa gəlir. Ona görə də, tikinti şirkətləri ilə fərdi şəxslərin satdığı mənzillərin qiymətləri arasında 5-10 faiz fərq olur”.

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin