BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
18985

Ukrayna Azərbaycanın TAP layihəsi vasitəsilə ixrac etdiyi təbii qazı Rumıniya vasitəsilə idxal edə bilər.

“Report” Profit.ro-ya istinadən xəbər verir ki, bunun üçün Yunanıstan və Bolqarıstan TAP kəmərini Rumıniya qaz nəqli şəbəkəsinə qoşmaq üçün lazımi sərmayələr yatırmalıdır.

Belə ki, Rumıniyanın Ukraynaya 2026-cı ildən etibarən gündəlik 6,9 milyon kubmetr qaz tədarük etməsini nəzərdə tutan layihəyə Rumıniyanın “Transgaz” dövlət şirkəti 300 milyon, Ukraynanın GSTO qaz nəqli operatoru da 35 milyon avro yatırmaq niyyətindədir. Artıq hazır olan həmin layihə martda ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

Bununla yanaşı, 2026-cı ilin sonu – 2027-ci ilin əvvəllərində Rumıniyanın “Romgaz SA” və “Exxon” arasıdna müvafiq müqavilə imzalanarsa və “Ofşorlar qanunu”na lazımi dəyişikliklər gətirilərsə, Qara dənizdə Rumıniyaya aid “Neptun Deep” qaz yatağında hasilata başlana bilər.

“Ryastad” məşvərətçi şirkətinin dəyərləndirilməsinə görə, Rumıniyada təbii qaz hasilatı 2020-ci ildəki 8,7 milyard kubmetrdən 2027-2029-cu illərdə 14-15 milyard kubmetrə qədər artırıla bilər. Bununla da, ölkə daxili hasilatın 20-25%-ni hətta ixrac da edə bilər.

Xatırladaq ki, Bolqarıstanla Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirəcək İGB interkonnektorunun tikintisini cari ilin 1 iyul tarixinədək başa çatdırmaq nəzərdə tutulur. Yunanıstanın şimal-şərqində TAP layihəsinə qoşulacaq İGB-nin uzunluğu 182,6 km-dir ki, bunun 150 km-lik hissəsi Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürmə gücü 3-5,5 milyard kubmetr, gələcəkdə isə 10 milyard kubmetr təşkil edəcək.

Türkiyədən Yunanıstan, Albaniya vasitəsilə Adriatik dənizinin dibilə İtaliyanın Salento sahillərinə gedib çıxan TAP layihəsi vasitəsilə Avropaya ildə 8 milyard kubmetr Azərbaycan qazı nəql edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin