Nəqliyyat
01.10.2021 / 16:44
Bakı metrosu bu il 55 vaqonunu təmir etdirəcək - Açıqlama
18722
Bu il "Bakı Metropoliteni" QSC-yə məxsus 11 qatar və yaxud 55 vaqon təmil ediləcək.
Valyuta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Depolar üzrə İş Departamentinin direktoru Faiq Əhmədov deyib.
Onun sözlərinə görə, təmir işləri 3 mərhələdə həyata keçiriləcək:
“Cari Təmir-2 adlanan təmir zamanı 240 min km hərəkət edən 4 qatar təmir olunacaq. Cari Təmir-3 adlanan təmir zamanı 560 min km hərəkət edən 3 qatarın (15 vaqon), orta təmir zamanı isə 960 min km hərəkət edən 4 qatarın (20 vaqon) təmiri həyata keçiriləcək. Artıq gələn ilə də irihəcmli plan qurulub, neçə qatar və yaxud vaqonun təmirə gedəcəyi müəyyənləşib".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay