Nəqliyyat
01.10.2021 / 10:06
Peyvənd olunmayan sərnişinlər məsuliyyətə cəlb olunacaq? - AÇIQLAMA
18682
Peyvənd olunmayan, yaxud COVID-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar.
Bu barədə Valyuta.az-a Daxili işlər Nazirliyindən bildirilib.
Məlumata görə, daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır.
“Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər”, - deyə açıqlamada qeyd edilib.
Ziya İkramlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay