BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
18584

Yeni əkin mövsümü ilə əlaqədar olaraq “Aqroservis” ASC bütün anbarlarını tələb olunan lazımı mineral gübrələrlə tam təchiz edib. Səhmdar Cəmiyyət fermerlərin mineral gübrələrə olan tələbatını sərfəli qiymətlərlə, həm rayon bölmələri, həm də səyyar xidmət təşkil etməklə təmin etməyi planlaşdırır.

Sentyabr ayından etibarən “Aqroservis” ASC tərəfindən müvafiq qaydalara uyğun şəraitdə saxlanılan, keyfiyyətli şumaltı, kalium və fosforlu mineral gübrələrin rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidmətinə başlanılıb. Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış zamanı fermerlərimiz ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska kimi mineral gübrələri əldə edə bilərlər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.

Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini Səhmdar Cəmiyyətin 1659 çatış mərkəzinə müraciət edərək sifariş edə bilərlər. Sifarişlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir, əksər hallarda isə birbaşa olaraq fermerin ünvanına çatdırılır.

Səyyar satış zamanı fermerlər yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı”nı təqdim etməklə mineral gübrə əldə edirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 100%-i də fermer kartından çıxarılır, fermer əlavə ödəniş etmir.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1659 satış mərkəzinə müraciət edə bilərlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Sabiq deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

İçki və tütün sektoru 3 aya yarım milyarddan çox qazandırdı

Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi

Bu məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Bu şirkətlər barəsində inzibati iş başladıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin