BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
18559

Hər il avqust-sentyabr aylarında müxtəlif bölgələrdən tələbələrin Bakıya axın etməsi kirayə mənzil bazarında canlanma yaradır. Pandemiya dövründə təhsil ocaqlarının fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər kirayə mənzil bazarında durğunluğa səbəb oldu. Artıq təhsil müəssisələrinin fəaliyyətinə icazə verildikcə, kirayə mənzil bazarında canlanma yaranması məsələsi də gündəmə gəlir.

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev, tələbələrin ucuz kirayə ev tapmaqda çətinlik çəkdiyini bildirib:

“Ucuz kirayə evlərin sayı artıq məhdudlaşır. Bu, tələbələrin gəlişi ilə əlaqəli deyil, söküntülərlə əlaqəlidir. Şəhərdə köhnə beşmərtəbəli binalar, fərdi həyət evləri var idi, hansı ki, bunlar ucuz evlər hesab olunurdu, onların böyük hissəsi sökülüb və sökülməkdə davam edir. Yaxın illərdə mərkəzdə tələbə üçün əvvəllər yararlı olan 100-150 manatlıq evlər olmayacaq. Çünki bunlar sökülür və yerində yeni binalar tikilir. Yeni tikili binalardakı mənzilin qiyməti ilə köhnə tikili binalardakı mənzilin qiymətində iki dəfəyə qədər fərq var. Yeni tikili binalarda mənzillər daha bahadır. Köhnə binada bir otağın qiyməti 300 manatdırsa, yeni tikili binada 500-600 manatdır”.

Ekspert tələbələrin ev tapmasına maneə törədən digər amillərə də toxunub:

“Təbələlər bu gün hər yerdə ev axtarır, amma tapa bilmirlər. Bu həm söküntü işləri ilə əlaqədardır, həm də dərslərin başlanması ilə bağlı qərarın bir qədər gec verilməsi ilə. Əvvəllər tələbələr gəlib avqust ayının ortasından ev axtarır, evin pulunu verib hansı tarixdə ora yerləşəcəklərini bildirirdilər. Amma indi dərslərin nə vaxt açılacağı dəqiq bilinmirdi. Digər tərəfdən, paytaxtda ev axtaranlar təkcə tələbələr deyil. Bölgələrdən iş üçün gələnlər də var. Onlar artıq həmin ucuz evlərin böyük hissəsini götürmüşdülər. Həmçinin Bakıda hər kəsin evi yoxdur. Ailələr böyüyür, uşaqlar ailə qurur, onların özlərinin ev problemi yaranır”.

Onun sözlərinə görə, əvvəl tələbələr təxminən 150-300 manata qədər qiyməti olan evlər axtarırdılarsa, indi o evlər olmadığına görə tələbələr məcburən çox otaqlı mənzillərə üz tutur: 

“Üç - dörd otaqlı, qiyməti 400-600 manat olan evlərə. Bu zaman əvvəlki kimi 2-3 tələbə yox, 6-8 nəfər birdən ev kirayələmək istəyir. Belə olanda da o evləri tələbələrə vermirlər. Biri var ev sahibi evi bir ailəyə versin, bir də var ki, 6-8 nəfərə. Bu zaman ev daha tez köhnəlir, təmirə ehiyac olur. Hazırda kirayə bazarında tələbələrin axtardığı evlər 200-300 manat yox, 400-600 manat civarında olan evlərdir. Bazarda ucuz evlərlə bağlı təkliflər çox az saydadır. Xırdalanda, Bakı ətrafı kəndlərdə evlər var. Amma onlar gediş-gəliş baxımından tələbələr üçün əlverişli deyil”.

“Adətən hər il iyundan avqusta qədər kirayə bazarında aşağı qiymətə evlərə tələbat olmadığına görə, təxminən qiymətlər 10-15 % enir. Amma avqust-sentyabr ayından yenə əvvəlki qiymətlər bərpa olur. Əslində kirayə bazarında elə böyük qiymət artımı mövcud deyil. Sadəcə tələb var, təklif yoxdur. Ev tapmaq çətinləşib. Bunun yeganə həlli yolu tələbə yataqxanalarının bərpasıdır”, - deyə E.Fərzəliyev bildirib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin