BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
18555

Azərbaycanda kriptovalyuta mədənçiliyi (Cryptocurrency mining) prioritet biznes sahələrindən birinə çevrilməkdədir.

Bunu iqtisadçı-ekspert Xalid Kərimli deyib. 

Onun sözlərinə görə, hazırda bəzi kiçik büdcəli, lakin perspektiv vəd edən kriptovalyutalar var ki, onları ev şəraitində emal etmək olur:

"Azərbaycanda son zamanlarda bu sahəyə maraq artıb. Burada əsas gəlir həmin kriptovalyutanın bazar dəyəri ilə hazırlanmasına sərf olunan xərclə müqayisə olunur. Hazırda kriptovalyuta bazarının 40 faizini "Bitcoin", 20 faizə yaxınını da "Ferrum Network" tutur.

"Bitcoin"in ev şəraitində, belə desək kustar üsullarla hazırlanması qeyri-mümkündür. Amma digər kriptovalyutalar var ki, onları emal etmək mümkündür. Bu sahəyə başlamaq üçün tələb olunan cihazın dəyəri təxminən 10 min dollar civarındadır. Həmçinin mədənçilik üçün enerji xərci də var. Kriptovalyuta emalı böyük enerji istehlakına gətirib çıxarır. Digər tərəfdən bir kriptovalyutanın emalı üçün sərf olunan vaxt da var. Təbii ki, bir kompüterdə bunu limitsiz etmək olmur".

Ekspert bildirib ki, kriptovalyuta mədənçiliyi bazarının sürətlə böyüdüyü bir vaxtda bu, mənfəətli sahədir:

"Bəzən qoyduğun investisiyanı 1-2 il ərazində geri qaytara bilirsən. Xüsusən də nəzərə alsaq ki, hələ bazara təzə girən ucuz kriptovalyutaların qiyməti il ərzində 10-15 dəfə bahalaşa da bilir. Bu baxımdan indiki məqamda çox yaxşı investisiya kimi görünə bilər. Amma nəzərə alaq ki, 2020-ci ildə kriptovalyuta çox bahalaşdı, 2021-ci ilin aprelində demək olar ki, pik həddə idi, hazırda isə həmin bazar pik səviyyədən 30-40 faiz aşağıdadır və bununla əlaqədar risklər də hələ qalır.

Xüsusən mərkəzi bankların tənzimləmə tədbirləri buna təsir edən əsas amillərdəndir. Amma ümumilikdə normal bizneslərdə illik gəlirlilik 10-15 faiz ətrafındadırsa, bu sahə indiki məqamda yenə də rentabellidir, gəlirliliyi yüksəkdir və risk etməyə dəyər".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin