BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
18428

"Azərbaycanda böyük şəhərlər üzrə təxminən 6-7 min, bəlkə də daha çox rieltor (makler) var. Bu sahədə minlərlə adamın işləməsinə baxmayaraq, rəsmi dövlət statusu yoxdur".

Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. 

Onun sözlərinə görə, rieltorlarla bağlı ölkədə eyni zamanda tənzimləyici , maarifləndirici kurslar da mövcud deyil:

"Hər bir rieltor özünün, alıcının, satıcının hüquqlarını bilməli, sənədləşmə proseduruna bələd olmalıdır. Bu sahədə işləyənlərin böyük əksəriyyəti isə kənardan gələnlərdir - kimsə işdən çıxıb gəlir və ya ikinci iş kimi bununla məşğul olmağa başlayır. Ümumiyyətlə, bu sahə qanunvericiliklə tənzimlənsə, işləyənlər öz vəzifə borclarını dərk etsələr, mövcud problemlər öz həllini tapa bilər. Peşə ilə məşğul olan insanın tək evi göstərməklə işi bitmir. Bunun hüquqi, marketinq tərəflərini, müştərilərlə davranışın hansı formada təşkil edilməsini bilməlidir”. 

Ekspert, hazırda rieltorların çoxunun qanunsuz fəaliyyət göstərdiyini qeyd edib:

“Bu istiqamətdə qanun olmadığına görə, onlar ya xidmət sahəsi kimi VÖEN üzərindən fəaliyyət göstərə bilərlər, ya da şirkət (MMC) olaraq. Təsəvvür edin, minlərlə rieltorların hər biri ay ərzində kiçik də olsa əməliyyat aparırlar - ev, obyekt, torpaq və s. satırlar, kirayə verirlər. Onlar əgər rəsmi işləsələr, hər ay dövlət büdcəsinə nə qədər gəlir gedər".

Müsahibimiz qeyd edib ki, bu gün vətəndaşların böyük əksəriyyəti evlərini rieltorlara satmırlar:

"Rieltorların hamısı kənardan gəlməyib, işin içində bişənlər, mütəxəssislər də var. Bu gün sahibkarlar öz evlərini elan saytlarına yerləşdirirlər və müştəri birbaşa ev sahibi ilə əlaqə qurur. Yaxud tikinti şirkətləri də elan saytlarından istifadə edirlər. Müştərilər artıq rieltorsuz evləri alıb-satırlar. Bu isə rieltorların maddi gəlirlərinə ziyan vurur, eyni zamanda müştərilər də sahəni bilmirlər. Lakin vətəndaşın yanında mütləq mütəxəssis olmalıdır ki, sənədləri yoxlasın - məsələn, qeydiyyatda adamlar qala bilər və bu da sonradan problemlərə səbəb olar.

Təəssüf ki, işini bilməyən rieltorların sayı daha çoxdur və onlara görə bir çox vətəndaşlar əziyyət çəkirlər. Etibar edib inanır, pulu verir, sabah bir problemlə üz-üzə qalır. Bu gün yeni tikili binalarda komendatlar, qaravulçular da alqı-satqı ilə məşğul olur. İstənilən adam bu sahə ilə qazanc əldə etməyə çalışa bilər. Amma qeyd etdiyim kimi qanunvericilik olsa və sahəyə nəzarət edilsə, status verilsə, rieltorlar rəsmi sertifikasiya olunsalar, kurslar keçsələr, vətəndaş ona xidmət edən şəxslərin mütəxəssis olub-olmadığını biləcək".

Mənbə: Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı®

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti®

660 min manat vergi borcu olan hospital kimindir?

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Ağstafada yarım milyonluq abadlıq

Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Geyim idxalında gəlirlər 30 milyonu keçdi

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Prezidentdən sabiq icra başçısı ilə bağlı SƏRƏNCAM

Nazirliyin işçilərinin sayı artırıldı

Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi

Prezident onları təltif etdi - Sərəncam

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

Gürcü bankı ruslara dünyanın dəbdəbəli mağazalarında alış-verişi qadağan etdi

Ən sürətli internetə sahib şəhərlər açıqlandı - Bakı neçənci yerdədir?

Azərbaycanda "coworking" məkanı açmaq üçün nə qədər maliyyə lazımdır?

"Nike" iyunun 1-dən bəzi məhsullarının qiymətini artıracaq

"Apple" iki məşhur "iPhone" modelinin təmirindən imtina edəcək

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Sabah 31 dərəcə isti olacaq

Nikah üçün yeni qayda - Bu tarixdən başlanır

Ardıcıl 4 gün iş olmayacaq - Tarixlər

Metroda hərəkət invervalında dəyişiklik edildi

Daha az məhsulla daha çox satış etmək olarmı?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin