BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
18142

Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6,105 mlrd. manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5% artıb. Kənd təsərrüfatın istehsalın 2,894 mlrd. manatı heyvandarlığın, 3,211 mlrd. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Hesabat dövründə heyvandarlıqda istehsal illik müqayisədə 2,6%, bitkiçilikdə isə 7,3% böyüyüb.

Qeyd edək ki, kənd təsərrüfatı bitkilərinin yığımı davam edir və sentyabr ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin əkin sahələrindən 3 127,2 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çox məhsul götürülüb. 

Orta hesabla hər hektardan əldə edilmiş məhsul 32,1 sentner təşkil edib.

Ölkə üzrə 610,5 min hektar sahədə payızlıq və yazlıq buğda əkilib. Havaların quraq keçməsi səbəbindən sentyabrın 1-i vəziyyətinə 38,2 min hektar sahədə əkilmiş buğda bitkisi məhv olmuş, salamat qalmış 572,3 min hektar sahədən isə 1 885,4 min ton buğda yığılıb. 

Ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil edib. Bundan əlavə, məhsul toplanmış 11,9 min hektar qarğıdalı sahəsindən 66,6 min ton məhsul götürülüb.

Yığım başlanandan sahələrdən 828,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 9,3% çox kartof, 1 423,8 min ton (6,1% çox) tərəvəz, 446,8 min ton (3,5% çox) bostan məhsulları, 431,7 min ton (8,4% çox) meyvə və giləmeyvə, 71,8 min ton (13% çox) üzüm, 968,8 ton (27,6% çox) yaşıl çay yarpağı, 22 min ton (3,7% az) günəbaxan, 52,4 min ton (2,4 dəfə çox) şəkər çuğunduru və 3,9 min ton (4,7% çox) tütün yığılıb.

Heyvandarlığa gəldikdə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2% artaraq 353,9 min ton, süd istehsalı 1,6% artaraq 1 433,8 min ton, yun istehsalı 0,1% artaraq 15,5 min ton, barama istehsal 10% artaraq 491,3 ton və yumurta istehsalı 4,1% azalaraq 1 269,4 mln. ədəd təşkil edib.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin