BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
18074

Azərbaycanda kiberşantaj, "Man in the middle" və "Spoofing Caller ID" kiberhücum növləri geniş yayılıb.

Bu barədə İKT üzrə ekspert Fərid Pərdəşünas məlumat verib.

O bildirib ki, bu hücum növlərinin əsas hədəf kütləsi yaşlı təbəqədir:

"Son günlər sosial şəbəkələrdə səs-küy doğuran kibercinayətkarlıq növlərindən biri kiberşantajdır. Bu, kibercinayətkarlıq sahəsində geniş yayılmış hücum növüdür. Bu hücum vasitəsilə kibercinayətkarlar müxtəlif saxta profillər vasitəsilə xüsusən yaşlı nəslin nümayəndələrinə, siyasi şəxslərə və sosial şəbəkədə müəyyən statusa sahib insanlara saxta zənglər edirlər”. 

Onun sözlərinə görə, bu zənglərin arxasında kimlərin olduğu bilinmir: 

“Yerli və ya xarici ola bilər. Onlar bu görüntülü danışıqlar zamanı xanım simalardan istifadə edir. Profil vasitəsilə qarşı tərəf intim münasibətə dəvət olunur və müəyyən müddət görüntülü danışıqdan sonra sosial psixoloji təsir göstərilərək həmin şəxs müəyyən davranışlar sərgiləməyə sövq edilir. Əgər qarşı tərəf buna aldanırsa, kibercinayətkar hislərinə qurban olmuş şəxsin videosunu çəkir. Daha sonra əldə olunmuş video zərərçəkmiş şəxsə göndərilir və ondan bunun qarşılığında müəyyən məbləğdə vəsait tələb olunur. Hücumlar adətən ölkə xaricindən edildiyindən, İP ünvanları dəyişdirildiyindən və ya virtual xüsusi şəbəkələrdən istifadə olunduğu üçün bunun qarşısını almaq və ya kim tərəfindən həyata keçirildiyini öyrənmək çox çətin və müşkül məsələdir. Burada diqqətli olmalı olduğumuz əsas məqam ondan ibarətdir ki, kənar şəxslərdən gələn görüntü zəngləri heç bir halda açmamalı, ümumiyətlə onlarla ünsiyyətdə olmamalıyıq. Burada hər hansısa texniki hücumdan söhbət getmir”.

Ekspert, sadəcə insanların aldadıldığını, sosial mühəndislik vasitəsilə onların hisslərindən istifadə olunaraq şantaj ediliklərini diqqətə çatdırıb:

“Təəssüf ki, yaşlı nəslin nümayəndələri internetdən tam doğru şəkildə istifadə edə bilmədikləri üçün əsas hədəf kütləsi kimi onlar seçilir və tez-tez bu hücumların qurbanına çevrilirlər".

"Man in the middle" və "Spoofing Caller ID" hücum növlərinə gəlincə isə ekspert bildirib ki, dünyada kifayət qədər məşhur olan bu hücum növləri vasitəsilə zəng edilən nömrəni istənilən nömrəyə dəyişmək olur:

"Beynəlxalq telekommunikasiya sektorunda olan böyük problemlərdən və boşluqlardan biri hesab olunur. İllərdir bu problem davam edir və heç bir mobil operator bu hücum növlərindən sığortalanmayıb. Bu hücum vasitəsilə kibercinayətkar öz nömrəsini istənilən bir nömrəyə dəyişə bilir. Məsələn sizə valideynlərinizdən, dostlarınızdan və ya müştərisi olduğunuz bankdan, eyni zamanda da polisdən zəng gələ bilər. Telefonun ekranında həmin nömrə olduğu kimi, hətta nömrəni ad olaraq qeyd etmisinizsə ad şəklində görünür, lakin əslində bu nömrənin arxasında başqa adam dayanıb. Əslində siz onu səsindən tanımalısınız”.

F.Pərdəşünas, başqa bir sığortalanmış metodun olmadığını da diqqətə çatdırıb:

“Burada da əsas məqsəd istifadəçidən məlumatları öyrənməkdir. Məsələn, bank adından, polis adından və ya digər bir dövlət qurumu adından zəng vurulub, istənilən məlumat tələb oluna bilər. Əgər məxfi məlumatları təqdim edirsinizsə, qurbana çevrilə bilərsiniz. Yenə də burada əsasən yaşlı nəsil hədəf seçilir. Onlar düşünürlər ki, bu, bank tərəfindən edilmiş real zəngdir və öz məlumatlarını qarşı tərəfə təqdim edirlər. Burada zərərçəkmiş bilməlidir ki, mütləq bir şəkildə heç bir dövlət orqanı və ya bank öz müştərisindən hər hansısa bir şəxsi məlumatı tələb etmir və edə də bilməz. Onlar sadəcə müəssisəyə və ya təşkilata dəvət olunaraq sorğulana bilərlər. İnsanlar aldanmamalıdırlar”. 

Ekspert düşünür ki, kibercinayətkarların əsas hədəfi kart məlumatlarının əldə edilməsidir: 

“Məsələn, iddia edirlər ki, sizin bank kartınıza blok qoyulub, pullarınız oğurlana bilər, buna görə də "təhlükəsizlik tədbirləri" üçün sizdən məxfi məlumatları əldə edə bilərlər. Hətta bəzən ikitərəfli təhlükəsizlik olan, 3D təhlükəsizlik kodunu belə istəyirlər. Bir daha qeyd edirəm ki, qarşı tərəfə telefonda heç bir halda şəxsi məlumatları təqdim etmək olmaz".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Həmin taksidəki qadın danışdı- “Bir də gördüm ki...”

İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Rubl bahalaşarkən, avro ucuzlaşdı - Günün məzənnəsi

Kriptovalyuta bazarının son göstəriciləri

Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi?

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Süni intellekt üçün daha bir nəhəng addım: "Turing" testini də keçməyi bacardı

"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin