BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
17751

Əcnəbi vətəndaş Yevlax Rayon İcra Hakimiyyətindən narazıdır. 

Edit Arxadyevna adlı İsrail vətəndaşı müraciət edərək bildirib ki, 11 ailə üzvi ilə Yevlaxda yaşayırlar, gəlir yerləri olan karxananın işləməsinə maneə olunur:

“Bizə uzun müddətdir Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən təzyiqlər olur. Nəticədə 11 yəhudi ailəsi işsizdir. Mənim 70-dən yuxarı yaşım var və üç dəfə qəbuluna getmişəm, amma icra başçısı məni qəbul etmədi”.

O iddia edib ki, Anar Tagıyev onun kürəkənini qəbula çağıraraq bərabər işləmək təklif edib:

“Bizi qəbul etmədikdə isə ailəmizin tək gəlir yerini təzyiq edərək bağlatdırıb. Dəfələrlə bizdən rüşvət tələb edib”.

Məsələ barədə Yevlax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

İH-dən sorğuya cavab olaraq bildirilib ki, adı çəkilən karxana faktiki olaraq müraciət edən Edit Arxadyevnanın kürəkəni Mirzəyev Cavanşir Məhəmmədəli oğluna məxsusdur:

“Karxana C.Mirzəyev tərəfindən işlədilib, müqavilə müddəti 2021-ci ilin martin 3-də bitib. Ölkə ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının respublikanın ekoloji təhlükəsizliyinə və infrastruktur obyektlərinə mənfi təsirinin təhlili və təkliflərin verilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2017-ci il tarixli 17/2322-31/12/10 nömrəli tapşırığına əsasən Fövqaladə Hallar Nazirliyinin çağırışı ilə yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər adiyyəti qurumların mütəxəssislərindən ibarət komissiya tərəfindən yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə qeyd olunan karxanalarda və çay hövzələrində 12 iyun 2017-ci il tarixdən 31 iyul 2017-ci il tarixədək monitorinq keçirilmiş və müvafiq araşdırma işləri aparılıb. 

Araşdırma zamanı məlum olub ki, qum karxanasının sahibi normativ şərtlərə riyayət etməyərək, iki ədəd torpaq sovuran qurğunu Kür çayının məcrasında quraşdırıb, çayın yatağının sahil boyu genişlənməsi müşahidə olunub və ekoloji tarazlığın pozulması təsdiqlənib. Sahibkar tərəfindən eyni zamanda istismar norma və qaydalara əməl olunmadığından Kür çayında fauna və floraya ziyan vurulduğu müəyyən edilib”.

Qeyd olunanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib, hazırda fakt əsasında Cinayət Məcəlləsinin 255.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, istintaq davam etdirilir. C.Mirzəyev müqavilə vaxtının başa çatmasına baxmayaraq fəaliyyətini davam etdirib.  

Eyni zamanda, C.Mirzəyev digər ərazidə Dövlət Meşə Fonduna məxsus ərazidə qeyri qanuni olaraq qum hasilatı ilə məşğul olub, Yevlax Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərini hədələyib şər-böhtan ataraq qanunsuz istifadə etdiyi əraziyə sənəd verilməsini tələb edib.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyati qurumları tərəfindən C.Mirzəyevin gördüyü qanunsuz işlər araşdırılır.

Məsələ ilə əlaqədar müxtəlif instansiyalara müraciət edən C.Mirzəyevin qayınanası Edit Arxadyevna, Quba rayonundan Azərbaijan Jewish Medianın direktoru və Sumqayıt Yahudilərinin dini icma təsisçisi kimi təqdim edən Nasimi Abilov Yevlax Şəhər İcra Hakimiyyətinə dəvət edilib, onlara aidiyyəti üzrə məsul şəxslər tərəfindən izah edilib ki, C.Mirzəyevin sənəd tələb etdiyi ərazi Dövlət Meşə Fonduna aiddir, Şəhər İcra Hakimiyyətinə aid deyil.

Mənbə: Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin