Xətaidə üzüm kolları məhv edilib – Cinayət işi açıldı
Paytaxtın Xətai rayonu ərazisində üzüm kollarının kəsilərək məhv edilməsi barədə daxil olmuş vətəndaş müraciəti üzrə araşdırma aparılıb.
Bu barədə Valyuta.az-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubunda, 7 ədəd üzüm kolunun kəsilərək məhv edilməsi və nəticədə yaşıllıqlara 1 680 manat məbləğində ziyanın dəyməsi göstərilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Xətai Rayon Polis İdarəsinin Istintaq Şöbəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay