Xəbər
31.08.2021 / 10:58
Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər artıb
17514
2021-ci ilin ilk 7 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 71,4 mln. manat vəsait ödənilib.
Valyuta.az bildirir ki, bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 mln. manat və ya 24,2% daha çox vəsait xərclənib.
Bura hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, üç yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar və dəfn üçün nəzərdə tutulan müavinətlər daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay