Azərbaycanda kompüter avadanlıqlarının satışı cüzi artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 193,9 mln. manat xərclənib.
Valyuta.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı aylıq hesabatda bildirilib.
Sənəddə, bu göstəricilərin əvvəlki ilin analoji dövrü ilə müqayisədə 19,6% və ya 31,8 mln. manat çox olduğu əks olunub.
Cari ilin iyul ayında satışların həcmi iyun ayı ilə müqayisədə 3,8% və ya 1,6 mln. manat artaraq 44 mln. təşkil edib.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisi ilə bərabərdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay