BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
17273

Neft qiymətləri yenidən azalıb. Buna səbəb dünyada yeni növ koronavirusun "Delta" variantına yoluxanların sürətlə artmasının tələbə mənfi təsir edəcəyinə dair narahatlıqlardır. Bakı vaxtı ilə saat 08:09-da "Brent" nefti 2,3% ucuzlaşma ilə 67,47 dollardan, ABŞ xam nefti isə 3,5% ucuzlaşma ilə 64,28 dollardan ticarət olunub. "Brent" markalı nefti avqust ayında təxminən 11%, iyulun əvvəlindən təxminən 13% ucuzlaşıb.

 

Maraqlıdır, neft qiymətləri niyə aşağı düşür? Bu vəziyyət nə qədər davam edəcək?

 

Valyuta.az xəbər verir ki, bununla bağlı Cebhe.info-ya danışan neft və qaz məsələri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, neftin qiymətlərinin aşağı düşməsi pandemiya ilə əlaqədardır:

“Ümumiyyətlə, bu ilin əvvəllərində keçən il ilə müqayisədə neft qiymətlərində kifayət qədər artım dinamikası müşahidə olundu. Dünya üzrə ilin birinci rübündə neftə olan gündəlik təlabat təxminən 90 milyon barel civarında dəyərləndirilirdi. Bu isə qarşıdakı aylarda neftin qiymətinin artmasına bir işarə idi. Artıq bir həftəyə yaxındır ki, neftin qiymətlərində enmələr müşahidə olunur”.

Ekspert hesab edirəm ki, indiki dəyər həm neft istehsalçıları, həm də neft istehlakçıları üçün ədalətli qiymətdir: 

“Hətta iddia edirdilər ki, ilin sonuna kimi neftin bir barelinin qiyməti 100 dollara qalxacaq. Bunun üçün də kifayət qədər ciddi əsaslar da vardı. Proqnozlar onu göstərirdi ki, 2021-ci ildə dünya üzrə neftə olan təlabat 2020-ci il ilə müqayisədə təxminən 6,7 milyon barel artım gözlənilirdi. Yəni ilin sonuna kimi dünyanın neftə olan təlabatı 96,7 milyon barel civarında dəyərləndirilirdi. Neftin qiymətinin kəskin qalxmasının səbəb isə ABŞ, Çin və digər ölkələrdəki pandemiyanın yayılma tempində artım olması ilə bağlıdır. Bu isə yeni karantin tədbirlərinin görünməsiylə birlikdə, neft və neft məhsullarına olan təlabatı azalmasına səbəb olur”.

Ekspert neft qiymətlərinin aşağı düşməsində Çin amilini də xüsusi vurğulayıb:

“Cari ilin iyul ayında Çinin neft idxalı iyun ayı ilə müqayisədə aşağı düşüb. Eyni zamanda iyul ayından başlayaraq Çin hökuməti özəl neft emalı zavodlarına illik neft idxalı kvotalarını 30 faiz aşağı saldı. Bu əsasən Çin bazarında neft məhsullarının artması ilə əlaqədardır. Digər problem isə Çindəki müstəqil emal güclərinin kütləvi şəkildə vergidən yayınma hallarının sübut edilməsilə bağlıdır.

Qarşıdakı aylarda da, Avropa və Asiya bazarında neftə olan təlabatda ciddi bir artım müşahidə olunmayacaq. Hazırda nəzəri cəhətdən neft təlabatında artım var, amma neft emalı zəncirində bir qırılma var. Neftin ədalətli qiyməti indi olduğu kimi 68 dollardır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin