
18.08.2021 / 16:05
Azərbaycanda tikinti materialların istehsalı 47 % artıb
17200
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 446,3 milyon manat olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7 % çoxdur.
Məlumata görə, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 72,2 %, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 72,1 %, hörmə üçün hazır beton qarışığının istehsalı 40,6 %, tikinti gipsinin istehsalı 38,3 %, tikinti əhənginin istehsalı 19,9 %, tikinti kərpicinin istehsalı 13,7 %, sementin istehsalı 4,3 % artmış, asfaltın istehsalı isə 33,2 % azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay