Energetika
18.08.2021 / 14:32
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 21 %-dək azalıb
17189
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 20 milyon 366,1 min ton neft nəql edilib.
Valyuta.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır.
Bu ilin yanvar-iyul ayları ərzində nəqletmənin 74,9 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Hesabat dövründə BTC vasitəsilə 15 milyon 244,4 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayları ilə müqayisədə 9 % azdır.
Bu dövr ərzində BTC kəməri ilə 1 milyon 918,1 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 20,7 % azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay