Xəbər
18.08.2021 / 11:47
Nazirlikdən Xəzərdə balıqların tələf olması ilə bağlı açıqlama
17171
Zaqulba, Buzovna, Mərdəkan çimərliklərində balıqların tələf olmasına səbəb son günlər havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalmasıdır.
Valyuta.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bildirib.
O qeyd edib ki, yay aylarında bu təbii prosesdir və suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür.
Xidmət rəsmisinin sözlərinə görə, tələf olmuş balıqlar üzərində aparılan analizlərin nəticələri də balıq nümunələrində infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay