Energetika
16.08.2021 / 15:37
Azərbaycan xam neft ixracını 12 %-dən çox azaldıb
17064
Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 17 milyon 106 min 825,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Valyuta.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 7 milyard 585 milyon 824,11 min ABŞ dolları təşkil edib.
Bu ilin 7 ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 12,5 % az, dəyəri isə 18,6 % çoxdur.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 66,58 % olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay