BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
17007

Azərbaycanda mənzillərin satış qiymətləri ilə kirayə qiymətləri arasında uyğunsuzluq var. Dünya təcrübəsində mənzilin alınmasına çəkilən xərci təxminən 10 ilə, onu kirayəyə verməklə çıxarmaq olur. Yəni, əmlakın illik gəlirliliyi 10% civarındadır.

Azərbaycanda isə bu rəqəm təxminən 5%-dir. Məsələn, Bakıda 100 000 manata alınmış 2 otaqlı mənzili kirayəyə verməklə ayda 500 manat, ildə isə 6 000 manat qazanmaq olar. Halbuki, yerli bankların əmanətlərə görə təklif etdiyi gəlir bundan 2 dəfə çoxdur. Yəni, əlində 100 min manatı olan adam əmlak almaqdansa, onu əmanət kimi banka qoysa, ayda 1 000 manat, ildə isə 12 000 manat faiz gəliri əldə edəcək.

Bir sözlə, görünən odur, ya Azərbaycanda əmlakın qiyməti süni şəkildə şişirdilib, ya da ölkədə kirayənin qiyməti çox aşağıdır. 

 

"Kirayədə qalanlar kasıblardır"

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, "MBA Consalting Group" şirkətinin direktoru Nüsrət İbrahimov bu barədə açıqlama verib.

Ekspert bildirib ki, mənzillərin satış qiymətləri ilə kirayə qiymətləri arasında uyğunsuzluq kirayədə qalanların əksər hissəsinin gəlirlərinin az olması, yəni kirayəyə çox xərc çəkə bilməməsi ilə bağlıdır: 

"Azərbaycanda əsasən ev almağa imkanı olmayan, yəni aztəminatlı insanlar (kasıblar) kirayədə qalmağa üstünlük verirlər. Onlar da bacardıqca ucuz evdə qalmağa çalışırlar. Xaricdə isə vəziyyət bizdəkindən fərqlidir. İmkanlı insanlar belə kirayədə qalmağı ev almaqdan üstün hesab edirlər. Yəni, onlar həmişə bir yerdə yaşamaqdansa, işlədiyi yerə yaxın qalmağa meylli olurlar, daimi yaşamaq üçün evi isə pensiyaya çıxanda alırlar. Odur ki, xaricdə kirayə qiymətləri də yüksəkdir və əmlak qiymətləri ilə müəyyən qədər uzlaşır".

Bununla belə, onun sözlərinə görə, Azərbaycan mənzillərin qiymətləri də tamamilə reallığa uyğun deyil və ilkin mənzil bazarının iri oyunçuları bazara müdaxilə etməklə, təkrar mənzi bazarda da qiymətlərin yüksəlməsinə təsir edirlər: 

"Yəni, iri oyunçular qiymətləri diktə edə bilirlər. Ona görə də, bizdə satış qiyməti ilə kirayə qiyməti ilə arasında balans pozulur. Bu bir faktdır".

 

"Tikinti şirkətləri qiymətləri süni şəkildə şişirdib"

"Azərbaycan Rieltorlar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elnur Azadov da hesab edir ki, Azərbaycanda mənzillərin satış qiymətləri kirayə qiymətləri ilə uyğun gəlmir və son vaxtlar koronavirus (COVID-19) pandemiyasının təsiri ilə bu uyğunsuzluq bir qədər də dərinləşib: 

"Əgər pandemiyadan əvvəl 2 otaqlı mənzilin orta aylıq kirayə qiyməti 450 manat idisə, hazırda 350 manatdır".

Digər tərəfdən onun sözlərinə görə, əmlak bazarında qiymətlər də süni şəkildə şişirdilib və bu məsələdə yerli tikinti şirkətləri arasında rəqabətin güclü olmaması əsas rol oynayır: 

"Əgər kəskin rəqabət olsa, şirkətlərin əllərində qalmış mənzillərin qiymətləri tədricən düşər, bu təkrar mənzil bazarında da ucuzlaşmaya səbəb olar və beləcə satış qiymətləri ilə kirayə qiymətləri arasındakı uyğunsuzluq aradan qalxar. Hesab edirəm ki, vəziyyətin düzəlməsi üçün tikinti sektoruna daha yaxşı şərait yaradılmalıdır. Onlar üçün kreditlər ucuz və əlçatan olmalıdır. Şirkətlər bazara nə qədər çox təkliflə çıxsa, qiymətlər də o qədər aşağı olar və mənzil almağa qoyulan pulu 15-20 ilə yox, 10-12 ilə çıxarmaq olar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Sabah Bakıda hava yağmursuz olacaq

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib? – CƏDVƏL

İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

“Sosna” yenidən cərimələndi

Misir Mərdanovdan nazirə çağırış -Uşaqları “şikəst” edirsiniz...”

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin