BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
16986

Bu ilin birinci yarısında baş verən meşə yanğınları, ABŞ-dakı qasırğalar və Avropadakı daşqınlar qlobal sığorta sənayesinə təxminən 40 milyard dollara başa gəlib.

Valyuta.az Marja.az-a  istinadla xəbər verir ki, bu barədə “Financial Times”-a bir sıra sığortaçılar məlumat verib. 

Onların açıqlamalarına görə, bu göstərici son 10 ildə ən irihəcmli sığorta itkisidir.

“Swiss Re” təkrar sığorta qrupu bildirir ki, cari ilin sığorta itkiləri 2011-ci ildə Yaponiya və Yeni Zelandiyadakı zəlzələlərdən sonra ikinci ən böyük məbləğdir. Təkcə Şimali Amerikadakı “Uri” qasırğasına görə sığorta ödənişləri 15 milyard dollar qiymətləndirilir.

Sığortaçılar iyul ayında Çin və Avropada baş verən daşqınların ilin ikinci yarısındakı sığorta ödənişlərinə təsirini tam proqnozlaşdırmasa da, təkcə Almaniyadakı daşqının 4,5-5,5 milyard avroya başa gələcəyini bildirib. Sığorta brokeri Aon bu hadisəni 1980-ci ildə İtaliyadakı İrpinia zəlzələsindən sonra “son 40 ilin ən bahalı təbii fəlakəti” adlandırıb.

2021-ci ilin ilk yarısında təbii və antropogen fəlakətlərin qlobal iqtisadi ziyanı 77 milyard dollar təşkil edib. Bu məbləğə həm sığorta olunmuş, həm də sığortalanmamış itkilər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycanda ən çox gəliri olan partiyalar - SİYAHI

Bakıda alça bu qiymətə satılır - FOTO

Yanacaqdoldurma obyektləri ilə bağlı yenilik

Taksi sürücülərinin iş qrafiki necə olmalıdır? - AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür - Tikinti başladı

100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Vyetnam ABŞ-yə Çin mallarına nəzarətin gücləndirəcəyini vəd etdi

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

MİDA: Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1 043 manata yüksəlib

Əsas kapitala 3,4 milyard manat investisiya yönəldilib

Bəzi şəxsləri 7 min manatlıq cərimə gözləyir

Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq, SMS göndəriləcək

15.8 milyard manatlıq istehsal - Sektor böyüyür

Trendyol Azərbaycan bazarına necə inteqrasiya edir?

Azərbaycan iqtisadiyyatı böyüyüb

Naxçıvan Ali Məhkəməsinə hakim təyin edildi

Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə görüşü keçirilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin