Qızmar istilər davam edəcək: 4 il əvvəlki rekord hələ yenilənməyib
“Son 10 ildə Bakıda və Abşeron yarımadasında ən yüksək temperatur 2017-ci ildə müşahidə olunub”.
Valyuta.az xəbər verir ki, bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, həmin il avqustun 9-da Bakıda 42.6 dərəcə isti qeydə alınıb.
“Hələlik paytaxtda və Abşeronda havanın temperaturu bu rekordu təzələməyib. Avqust ayı yayın ən isti aylarından biridir. Ümumiyyətlə, bu ayda havanın temperaturu çox yüksək olur. Yaxın günlərdə də paytaxtda havanın temperaturunun yüksək olacağı gözlənilir. Həftəsonu yağmursuz hava şəraiti, temperaturun 38 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır. Əksər rayonlarda yağmursuz hava müşahidə edilir, növbəti 2-3 gün ərzində hava şəraitinin bu şəkildə davam edəcəyini ehtimal edirik”.
Onun sözlərinə görə, bəzi dağlıq ərazilərdə gündüz qısamüddətli yağıntı düşəcəyi ehtimal olunur:
“Rayonlarda havanın temperaturu yaxın günlərdə 35-40, bəzi yerlərdə 42 dərəcəyə qədər olacaq. İstənilən halda havanın temperaturunun yüksəlməsi avqust ayı üçün xarakterikdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay